Kartofezen - Wikipedia
Kartofəzən — kartof püresi[1][2] və alma püresi kimi yeməklər hazırlanarkən yumşaq ərzağı əzmək üçün istifadə edilən ləvazimat. Digər əzmə üsulları ilə müqayisədə kartofəzəndən istifadə etməklə əzilmiş kartof daha yumşaq və yüngül olur. Çünki bu mətbəx avadanlığı daha az nişasta buraxaraq kartofun formasının zədələnməsinin qarşısını alır.[3]
Quruluşu
redaktəKartofəzən şaquli və ya yanakı dəstəklə birləşən əzici başlıqdan ibarətdir.[4] Başlıq çox vaxt yuvarlaq ziq-zaq şəklində böyük ölçülü mis hissədən və ya deşiklər və ya uzununa yarıqlardan ibarət olur. Əvvəllər taxtadan hazırlansa da, indi daha mürəkkəb dizaynlar tətbiq edilir. Taxtadan hazırlanan kartofəzəndən Şotlandiyada indi də istifadə olunur və "Kartof-pıspısa" və ya sadəcə "Pıspısa" adlanır.[5][6]
İstifadəsi
redaktəKartofəzəndən daha çox kartof əzmək üçün istifadə olunsa da, müxtəlif ərzaqları da əzmək üçün işlənə bilər.[7][8] Daha çox ev mətbəxlərində tətbiq edilsə də, kommersial mətbəxlərdə də istifadə edilir. Peşəkar kommersial mətbəxlərdə istifadə edilən kartofəzənlərin ölçüsü böyük olur (eni 32 düymə qədər). Kartofəzəndən həm də xörək hazırlanarkən boranı və ağ çuğunduru əzmək üçün, humus, quakamole, çili kon karne, yumurta salatı və pürelər hazırlanarkən istifadə olunur.
-
Taxta dəstəkli kartofəzən
-
Adi kartofəzən
-
Kartofəzənin istifadəsi
İstinadlar
redaktə- ↑ Peterson, J. Essentials of Cooking. Artisan. 2003. səh. pt107. ISBN 978-1-57965-538-9. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ FIONA SMITH. "Recipe: Potato mash". Stuff.co.nz. November 2015. 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03. Retrieved November 2016
- ↑ The Greengrocer. Providore series. Murdoch Books. 2008. səh. 14. ISBN 978-1-74196-200-0. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ Sinclair, C.G. International Dictionary of Food and Cooking. Fitzroy Dearborn. 1998. səh. 428. ISBN 978-1-57958-057-5. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ Johnstone, C.I. The Cook and Housewife's Manual. Oliver & Boyd. 1828. səh. 221. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ Kellogg, E.E.E.; Kellogg, E.E. Science in the Kitchen: A Scientific Treatise on Food Substances and Their Dietetic Properties, Together with a Practical Explanation of the Principles of Healthful Cookery, and a Large Number of Original, Palatable, and Wholesome Recipes. Modern Medicine Publishing Company. 1893. səh. 236. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ "11 Clever Uses for Your Potato Masher". Food Network Canada. June 2, 2015. October 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.
- ↑ Heloise. Handy Household Hints from Heloise: Hundreds of Great Ideas at Your Fingertips. Rodale. 2010. səh. 239. ISBN 978-1-60529-117-8. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2017.