Kasta Sistemi - Wikipedia
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir.
Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır.
Varna təlimi
redaktəKasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir. Bu təlim bütün insanların anadangəlmə 4 kastaya ayrıldığını müdafiə edir:
Brahmanlar (Din adamları)
Brahmanlar ən yüksək təbəqəni təmsil edirlər. Öz müqəddəs kitabları olan "Veda"ları (hindlilərin Tanrılarına xitabən söylədiyi dua və yalvarışlardan ibarət müqəddəs şeirləri) incələmək, şərh etmək, öz dinlərinin təlim və təhsil işləri ilə məşğul olan şəxslərdir. 30–35 il sonra inzivaya çəkilib özlərini fəlsəfi və dini düşüncələrə verirlər. Brahmanların qurban ayinlərini idarə etmək, müqəddəs mətnləri oxumaq və dini ayinləri icra etmək kimi vəzifələri var.
Kşatrilər (Zadəgən və əsgərlər)
Kşatri kastası önəmli əsgər və zadəgənlərdən ibarətdir. Brahman dininə görə kşatri kastası brahman kastasının himayəsi olmadan rifah və xoşbəxtliyi tapa bilməz. Brahmanlar da kşatrilər olmadan yüksələ bilməzlər. Bütün böyük zabitlər, komandirlər və zədagənlər bu kastadan çıxır.
Vayşilər (Tacirlər, əsnaflar və fermerlər)
Vayşi ticarət və ziraətlə məşğul olan kastadır. Bütün istehsal işlərinə cavabdehdirlər. Ticarət və ziraətlə məşğul olmaq, sədəqə vermək, müqəddəs kitabları oxumaq vəzifələridir. Əsasən orta hallı tacirlərdir.
Şudralar (İşçilər)
Ən ağır işləri görməyə cavabdeh olan və özündən yuxarıda olan üst kasta mənsubları üçün işləmək zorunda olan kastadır. Bu kastadakı insanlar haqlarından yoxsuldurlar və "kölə" olaraq qəbul edilirlər. Bu kastaya qarşı yüksək kastalardan din adına edilən hər cür zülm qanuni sayılır. Əsasən kəndlilərdən ibarət təbəqədir.
Pariyalar (Toxunulmazlar)
İnsanlığın ən aşağı kastası olaraq qəbul edilən pariyalar kastalar içində yer belə almır. Fiziki mənada toxunulması qadağan edilmiş olan şəxslər olaraq qəbul edilirlər. Buna görə pariyalara "toxunulmazlar" da deyilməkdədir. Hinduların müqəddəs mətni olan "Manu qanunları"na görə kastaya belə alınmayan bu insanlara "pariya" deyilir və bu insanlar hüquqi anlamda da tanınmamaqdadırlar. Sosial həyatda özlərinə bir çox qadağalar var.
Manu qanunlarına görə pariyalar
redaktə-kənd və qəsəbə xaricində olmalıdırlar;
-gecələri şəhər və kənddə gəzə bilməzlər;
-gündüzləri şəhərlərdə özlərini pariya olduğunu göstərən simvol və s. şeylərlə gəzməlidirlər;
-sadəcə ölülərdən geriyə qalan geyimləri geyinə bilərlər;
-eşşək və itdən başqa heyvanlara sahib ola bilməzlər;
-kasta sistemi içərisində yer alan heç kimə toxuna bilməzlər;
-yetimlərin cənazələrini qaldırmağa cavabdehdirlər;
-kastalarda yer alan şəxslərin etmək istəmədiyi pis işləri etməyə cavabdehdirlər.
Qərb dünyasının "dalitlər" olaraq adlandırdığı pariyalar Hindistanda olduqca çoxdur. Hindistanın qurucu lideri Qandinin pariyaların həyat şərtlərini yaxşılaşdırmaq üçün 21 günlük şəxsi təmizlik orucu tutduğu bilinir. Zatən Qandinin cəhdi il hind hökuməti pariya statusunu yıxmışdı.
Kasta sistemi haqqında önəmli məlumat və qadağalar
redaktə-Bir hindu özündən aşağı kastada olan biri ilə yemək yeyə bilməz, onsuzda aşağı kastanın bişirdiyi yeməyi yeməsi də qadağandır. Bu səbəblə varlı hindlilər yeməyini hər kəsin yeyə bildiyi brahman sinfindən aşpaz tutarlar.
-Yuxarı kastalardan və ya öz kastasından birini öldürən hər kimsə edam cəzası alır. Aşağı sinifdən birini öldürən şəxs isə edam cəzası almır.
— Brahmanlar 4, kşatrilər 3, vayşilər 2, şudralar 1 qadınla evlənə bilərlər. Kastalar arası evlilik qadağandır.
-Yoldaşı ölən qadının təkrar evlənməsi bütün kastalarda qadağandır.
— Kasta qanunlarına uymayanlara verilən ən böyük cəza kastadan çıxarılmalarıdır. Bu da toplumdan təcrid edilmə anlamına gəlir. Kastadan atılan şəxsin kastaya təkrar alınması çətindir, amma bəzi şərtləri yerinə yetirərsə, təkrar alına bilər.
-Peşələr atadan oğula keçir.
Hindu inancına görə ruhlar
redaktəHindu inancına görə ruhlar daha öncəki həyatlarında etdiklərindən dolayı mükafatlandırılır ya da cəzalandırılır. İnanc ruhları tanrıvari qurum olaraq göstərdiyi üçün sistem inananlar üçün haqlı və məntiqli görünə bilər. Əsrlər boyu davam edən kasta sistemində insanlar bir-birlərinə təpədən baxaraq özlərini məmnun edirlər. Bu durum kasta sisteminn ən önəmli psixoloji özəlliyi olaraq göstərilir. Pariyalar da bir sonrakı həyatlarında daha yaxşı həyat sürəcəklərinə və daha yuxarı təbəqələrdə olacaqlarına inandıqları üçün bu vəziyyəti qəbul edirlər. Əlbəttə, bu sistemin günümüzə qədər gələ bilməsində bir çox səbəb söz mövzusudur, amma insanların eyni kasta içərisində evlənmələri və bir-birlərinə bağlı olmaları bu sistemin günümüzə qədər gəlməsindəki ən böyük faktordur.
Müasir Hindistanda kasta sisteminin vəziyyəti
redaktəHindistanda kasta sistemi 1975-ci ildə çıxarılan qanunla aradan qaldırılmışdır. Zamanla bu sistem öz içində bəzi çözülmələr yaşasa da, ucqar bölgələrdə davam etdiyi bilinməkdədir. Şəhərlərdə yaşayan insanların bu sistemə artıq tam anlamıyla bağlılığı olmasa da, evlilik və yemək adətləri baxımından bu sistemə bağlılığı bilinməkdədir. Ayrıca bəzi siyasi partiyaların seçkilərdə hər hansı kastanın dəstəyini almaq üçün çabaladıqları da qeyd olunmalıdır.