Katalan Bohrani - Wikipedia
Katalan böhranı kimi də bilinən 2017-2018 İspaniya Konstitusiya böhranı[1] — İspan mərkəzi hökuməti və Katalan regional hökuməti arasında mövcud olan siyasi qarşıdurma.
Arxaplan
redaktəKatalan müstəqilliyinin dəstəklənmənin artmasının səbəbi İspaniya Konstitusiya Məhkəməsinin 2010-cu ildəki qərarı ilə əlaqədərdir. Belə ki, bu qərarla 2006-cı ildə regional hökumətə verilmiş bir sıra səlahiyyətlər ləğv edilmişdir. Müstəqillik tərəfdarlarının artması 2015-ci ildəki regional seçkilərdə Katalan Parlamanetində müstəqillik tərəfdarı olan partiyaların çoxluq əldə etməsi ilə nəticələndi və Karles Puçdemon Kataloniyanın Prezidenti seçildi. Yeni Prezident Kataloniyanın müstəqilliyi ilə əlaqədar referendum keçirməyi və nəticələrinin qəti olacağını vəd edirdi. 2017-ci ilin iyul ayında referendumun həmin ilin oktyabr ayının 1-ində keçiriləcəyi elan edildi.[2] İspan hökuməti belə bir referendumun ölkənin Konstitusiyasına zidd olduğunu bildirərək nəticələri tanımayacağını bildirdi.
Böhranın başlanğıcı
redaktəSenytabr ayında Katalan Parlamenti “Kataloniyanın öz müqəddəratını təyin etmə referendumu haqqında” qanun qəbul etdi. Buna cavab olaraq İspaniya Baş Naziri - Mariano Raxoy Konstitusiya Məhkəməsinə qanunun ləğv olunması məqsədi ilə müraciət etdi. Konstitusiya Məhkəməsi müstəqillik barəsində olan qanun və referendumu ləğv etsə də, Katalan hökuməti nə ispan mərkəzi hakimiyyətinin nə də ki məhkəmələrin qərarlarını icra etməyəcəyini bəyan etdi.[3][4]
İnkişafı
redaktəReferendum
redaktəLəğv olunmasına baxmayaraq, referendum Oktyabrın 1-ində planlandığı kimi keçirildi. Gün boyunca Kataloniyada polislə toqquşmalarda çox sayda insan yaralandı. Güc strukturları referendum üçün hazırlanmış seçki bülletenlərini müsadirə etdilər. Polis zorakılığına etiraz olaraq sonrakı günlərdə Barselona və digər şəhərlərdə etiraz aksiyaları təşkil olundu. Eyni zamanda müstəqillik əleyhdarları da bir sıra yerlərdə yürüşlər təşkil etdilər.
10 Oktyabrda Katalonya parlamentində keçirilən parlament sessiyasında Puigdemont "Kataloniyanın müstəqil dövlət olmaq hüququ qazandığını" elan etdi və "Kataloniya xalqının müstəqil respublika olmaq mandatı" olduğunu müdafiə etdi . Lakin o, parlamentin İspan hökuməti ilə dialoq aparmaq məqsədi ilə formal müstəqilliyin elan edilməyəcəyini bildirdi.[5] Bundan sonra, İspan hökuməti müstəqilliyin elan edilib-edilmədiyinin dəqiqləşdirilməsi üçün regional hökumətə ultimatum verdi. Eyni zamanda, cavab tədbirlərinin görülməsi məqsədi ilə işlərə başladı.
İspan hökuməti Konstitusiyanın 155-ci maddəsinin tədbiq olunmasını və Katalan regional hökumətinin səlahiyyətlərinə xitam verilməsinin mümkünlüyünün müzakirə ediləcəyini elan etdi.[6] Rəsmi Madrid Kataloniya üzərində birbaşa idarəçilik yaradılmasını məqsədəuyğun hesab edirdi. 1978-ci il İspan Konstitusiyasının 155-ci maddəsi mərkəzi hökumətə bü xüsusda əlavə səlahiyyətlər verir. Belə ki,
"Əgər özünüidarəetmə icması ona konstitusiya və ya digər qanunlar ilə qoyulmuş öhdəliklərini yerinə yetirmirsə və ya İspaniyanın ümumi marağına ciddi zərər verə bilən bir şəkildə hərəkət etsə, hökumət həmin icmanı öhdəliklərin yerinə yetirməsinə məcbur etmək üçün zəruri olan bütün tədbirləri görməli və ya yuxarıda göstərilən ümumi maraqları müdafiə etməlidir".[7]
Nəticə
redaktəKatalan hökuməti “birbaşa idarəçilik”in qarşısını almaq üçün 27 Oktyabr tarixində Parlamentdə müstəqilliyin birtərəfli elan edilməsi ilə bağlı səsvermə keçirdi. Müxalifət partiyalarının boykotuna baxmayaraq, Katalan Parlamenti müstəqilliyə səs verdi. Bundan dərhal sonra, İspaniya Baş Naziri Kataloniya Parlamanentini, İcra Kabinetini ləğv etdi və Dekabr ayının 20-sində regional seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul etdi. Eyni zamanda İspaniya Konstitusiya Məhkəməsi müstəqillik bəyannaməsini ləğv etdi. İspaniya Baş prokuroru José Manuel Maza, Puigdemont və digər Katalan liderlərinə qarşı üsyan, dövlətə qarşı çağırışlar və mənimsəmə maddələri ilə cinayət axtarışı elan etdi. Karles Puigdemont və bir sıra Katalan rəsmiləri istintaqdan yaxa qurtarmaq məqsədi ilə digər ölkələrə qaçdılar.
İstinadlar
redaktə- ↑ Gilbert, Mark. "Catalonia Cries "Freedom!" Market Says "Not So Fast..."". Bloomberg. 7 September 2017. 7 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2017.
- ↑ "Catalonia to hold self-determination referendum on October 1, 2017". Barcelona. Catalan News Agency. 9 June 2017. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2017.
- ↑ "Catalonia's parliament approves law aimed at independence from Spain". Efe. Madrid. 7 September 2017. 23 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2017.
- ↑ Minder, Raphael. "Catalonia Independence Bid Pushes Spain Toward Crisis". The New York Times. Barcelona. 8 September 2017. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2017.
- ↑ "Arxivlənmiş surət". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
- ↑ "Arxivlənmiş surət". 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.
- ↑ "Arxivlənmiş surət". 2019-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-09.