Katapult Oturacagi - Wikipedia
Katapult oturacağı, əsasən döyüş təyyarələrində pilotu və ya ekipajı fövqəladə hallarda xilas etmək üçün hazırlanmış bir sistemdir. Əksər dizaynlarda pilotun oturacağı, pilotla birlikdə partlayıcı və ya raket mühərrikinin köməyi ilə təyyarədən atılır. Təyyarədən ayrılan oturacaq pilotun təhlükəsiz yerə enməsinə imkan verən bir paraşüt açır.
Tarix
redaktəParaşüt dizayneri və ixtiraçı Everard Calthrop 1916-cı ildə sıxılmış hava vasitəsilə katapult prinsipi ilə işləyən bir katapult oturacağının dizaynını patentləşdirdi. Modern katapult oturacağı dizaynında ilk addımı Rumıniyalı ixtiraçı Anastase Dragomir atmışdır. Bir təyyarədən və ya nəqliyyat vasitəsindən qoparıla bilən paraşüt hissəsini özündə birləşdirən dizayn ilk olaraq 25 avqust 1929-cu ildə Paris Orly Hava Limanında sınaqdan keçirildi və müvəffəqiyyətli oldu.
Katapult oturacağı dizaynı İkinci Dünya Müharibəsi dövründə çox inkişaf etdirilmişdir. Bundan əvvəl, idarəolunmaz bir təyyarədən qaçmağın yeganə yolu təyyarədən tullanmaq idi, lakin sıxılma vəziyyət, pilot üzərindəki g-qüvvəsi və hava axını kimi mənfi şərtlər səbəbiylə tez-tez uğursuz olurdu.
İlk katapult oturacağı Heinkel və SAAB şirkətləri tərəfindən müstəqil olaraq hazırlanmışdır. İlk dizaynlarda sıxılmış hava itələmənin mənbəyi kimi istifadə edilmişdir. 1940-cı ildə, bir prototip Heinkel He 280 reaktiv qırıcı təyyarəsində sınaqdan keçirilmişdir. Test pilotlarından biri olan Helmut Schenk, 1942-ci il yanvarın 13-də uçuş zamanı təyyarəni katapult oturacağı sayəsində tərk etmək məcburiyyətində qalan ilk şəxs olmuşdur. Ancaq prototipdən narazı qalındıqdan sonra, istehsalı ləğv edilmiş və sonra katapult oturacağının standart olaraq tətbiq olunduğu ilk təyyarə 1942-ci ildə Heinkel He 219 Uhu hərbi təyyarəsi olmuşdur.
Pilot təhlükəsizliyi
redaktəKatapult oturacağının məqsədi pilotun qəza zamanı və sonrasında sağ qalmasıdır. Ejeksiyon kreslosunu idarə edən bir pilot, 12 ilə 14 arasında bir g gücünü yaşayır. 1960-70-ci illərdə Sovet dizaynlı katapult oturacaqlarında bu dəyər 20-22 g idi. Katapult oturacağı yerindəki qəfil və şiddətli sürətlənmə, skelet quruluşuna qalıcı ziyan vura bilər və pilotların uçuş karyerasını bitirəcəyi dərəcədə yaralanmalarına da səbəb ola bilər.
Katapult oturacağı dizaynında lider dövlətlər olan ABŞ və Sovet İttifaqı və onun davamçısı olan Rusiyanın müxtəlif növlərdəki modelləri bütün dünyada geniş yayılmışdır:
Katapult oturacaqlarında hərbi katapult hündürlüyü dəyişkəndir. ACES II katapult oturacağında 43 metr olan bu dəyər, Zvezda K-26DM tipli katapult oturacağında 0 metrə qədər geriyə çəkilmişdir.
Martin-Baker şirkəti özünün istehsalı olan katapult oturacağı ilə xilas olanlara xüsusi qalstuk və sancaq təqdim edir. 2011-ci ilin iyun ayına kimi bu katapult oturacağı sayəsində qəza zamanı 7358 nəfər təyyarəni müvəffəqiyyətlə tərk etmişdir.
Katapult sistemi
redaktəStandart katapult sistemi iki mərhələdən ibarətdir. Birinci mərhələdə pilotun üstündəki hissə tamamilə açılır və ya çölə atılır, növbəti mərhələdə pilot və oturacağı açıq yerdən təyyarənin çölünə atılır. İlk dizaynlarda pilotun müdaxiləsi hər iki mərhələdə tələb olunduğu halda, artıq pilotun tək müdaxiləsi ilə iki əməliyyat ardıcıl olaraq həyata keçirilir. Xüsusilə B-52 Stratofortress kimi təyyarənin alt hissələrində snayperlik edən əsgərlər üçün yalnız örtük atılır, təhlükə olduğu təqdirdə yerin cazibə qüvvəsi nəticəsində əsgərlər təyyarədən boşaldılırlar. Aşağı hündürlükdə uçan təyyarələrdə pilotun üstündəki hissəni atması ilə eyni vaxtda partladan sistemlər də mövcuddur, çünki pilotun üstündəki örtük hissəsinin buraxılması üçün çox vaxt mövcud deyildir. Qapaq açıldıqdan sonra pilotun təyyarəni hava axını ilə tərk etməsinə imkan verən sistemlərdə isə pilota bağlı paraşüt açılır və pilotu təyyarədən çıxarır. Bəzi təyyarələrdə pilot kabinəsi təyyarədən tamamilə ayrılır ki, pilotlar yüksək sürətə görə zədələnməsinlər. Kapsil hissəsi pilotun uçuş zamanı təyyarəni asanlıqla idarə edə biləcəyi şəkildə hazırlanmışdır. Bundan əlavə, son zamanlarda yerə çox yaxın olan vaxtlarda pilotu raketlərlə yuxarıya qaldıran və daha sonra paraşütlə təhlükəsiz bir şəkildə yerə enməsinə şərait yaradan sistemlər də hazırlanmışdır.