Katexcay - Wikipedia
Katexçay (gürc. კატეხისწყალი) — Qanıxçayın (Alazançayın) sol qoludur. Zaqatala rayonu ərazisindən axır.
Katexçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Qanıxçay |
Uzunluğu |
|
Su sərfi | 9,9 m³/s |
Hövzəsinin sahəsi | 620 km² |
Ümumi məlumat
redaktəUzunluğu 54 km, hövzəsinin sahəsi 620 km²-dir.[2] Başlanğıcını Baş Qafqaz silsiləsindəki Quton dağından (3659 m) alır. Çay sağdan Verketel (uzunluğu 10 km) Murovçay (uzunluğu 12 km), kimi iki kiçik qol qəbul edir. İllik axımının 25%-ni qar, 22%-ni yağış, 53%-ni isə yeraltı sular əmələ gətirir. Şəki-Zaqatala bölgəsindən axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Çayın orta illik su sərfi 9,64 kub m/san-dir. Bunun 65%-i ilin isti (mart, avqust aylarında) və 36%-i ilin soyuq (sentyabr, fevral aylarında) keçir. Yayda və payızda yağan yağışlar nəticəsində çayda su artır. Bu zaman illik axımın 25-35%-i, qış fəslində isə 10-12%-n keçir. Qar və yağış suları hesabına çayda daşqın əmələ gəlir. Daşqın apreldə başlayıb, iyun ayının axırına kimi (100-120 gün) davam edir. Belə küclü daşqınlar tez-tez sel xarakteri alır. Ən küclü sel 1964-cü ilin avqust ayınıi 19-da olmuşdur.
Çoxillik asılı gətirmələr sərfi 0,79 kq/san, lillənməsi isə 70 q/kub m-dir. Asılı gətirmələrin çox hissəsi (50-70%-i) may, iyun aylarında keçir. Suyu hidro-karbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150 mq/l ilə (mənbədə) 300-500 mq/l (mənsəbdə) arasında dəyişir. Katexçaydan Alazan-Əyriçay dərəsi daxilində suvarma işlərində geniş istifadə edilir. Masex kəndi yaxınlığında çayın üzərində HES qurulmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-23.