Katexcay Selalesi - Wikipedia
Katexcay Selalesi - Wikipedia - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Katex Şəlaləsi — Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Qeyd edək ki, bu şəlalə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Katexçaya çatmaq üçün 500 metrlik çətin dolanbaclı və uçurumlu yolu piyada qət etmək gərəkdir. Şəlalənin yerləşdiyi ərazini görənlər əsrarəngiz mənzərədən zövq ala bilirlər. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Mütəxəssislər bildirirlər ki, Katexçay şəlaləsinin təzyiqindən əldə edilə biləcək elektrik enerjisi bəlkə də bütöv bir rayonun işıqla təminatına bəs olar[1].
Balakən-Katex şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Çay | Katex çayı |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon | |
Şəhər |
|
İstinad
redaktə- ↑ Adəm Qorxmaz. "Azərbaycan təbiətinin möcüsəsi" (az.). https://modern.az/. 28 İyul 2010. 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.