Kazim Memmedov Aktyor - Wikipedia
Kazim Memmedov Aktyor - Wikipedia - Haqqında Məlumat
Kazım Yaqub oğlu Məmmədov (1926, Gədəbəy, Gəncə qəzası – 1988, Bakı) — Azərbaycan vokalçı-aktyoru (lirik-dramatik tenor), Azərbaycan SSR əməkdar artisti (1958).
Kazım Məmmədov | |
---|---|
Kazım Yaqub oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | vokalçı-aktyor |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası (1952) |
Teatr | Azərbaycan Dövlət Opera və Balet Teatrı |
Mükafatları |
Həyatı
redaktəKazım Məmmədov 1926-cı ildə Gədəbəydə anadan olub. Böyük Vətən müharibəsində döyüşdə yaralanaraq keçirdiyi psixoloji sarsıntıdan səsini itirib. Ordudan tərxis edilərək az müddət müxtəlif işlərdə çalışıb. 1945-ci ildə təsadüfən səsi açılan Kazım Məmmədov Üzeyir Hacıbəyovun köməkliyi ilə 1947–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Konservatoriyanı bitirdikdən sonra vokalçı kimi teatrın solist ştatında qalıb.[1]
Mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958
İfa etdiyi əsas rollar
redaktə- Ehsan paşa, Leylinin atası, Şah, Vəli ("Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm" və "Arşın mal alan", Üzeyir Hacıbəyov)
- Əbu Həmzə və Ərəb, Əlyar ("Şah İsmayıl" və "Nərgiz", Müslüm Maqomayev)
- Balaş ("Sevil", Fikrət Əmirov)
- İsgəndər ("Ölülər", Vasif Adıgözəlov)
- Ayaz, Qasım ("Azad" və "Xanəndənin taleyi", Cahangir Cahangirov)
- Haqverdi bəy ("Bahadır və Sona", Süleyman Ələsgərov)
- Əli bəy ("Vaqif", Ramiz Mustafayev)
- Kapitan Axundov ("Alay oğlu", Boris Zeydman)
- Knyaz Sinodal ("Demon", Anton Rubinşteyn)
- Vaşek ("Satılmış gəlin", Bedrjix Smetana)
- Mario Kavaradossi ("Toska", Cakomo Puççini)
- Xoze və Romendado ("Karmen", Jorj Bize)
- Monriko, Markiz de Obini, Kassio, Arriqo ("Trubadur", "Traviata", "Otello", və "Siciliya axşamları", Cüzeppe Verdi)
- Gənc Faust ("Faust", Şarl Quno)
- Mixail ("Boris Qodunov", Modest Musorqski)
- Gənc qaraçı ("Aleko", Sergey Raxmaninov)
- Sobinin ("İvan Susanin", Mixail Qlinka)
- Çekilinski, Sərxoş kazak, Qraf Vodemon, Müəllim ("Qaratoxmaq qadın", "Mazepa", "İolanta" və "Çereviçki", Pyotr Çaykovski)
- Lıkov ("Çar gəlini", Nikolay Rimski-Korsakov)
- Knyaz ("Su pərisi", Aleksandr Darqomıjski)
- Yeroşka ("Knyaz İqor", Aleksandr Borodin)
- Malxaz ("Daisi", Zaxari Paliaşvili)
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2017. səh. 169–170
Ədəbiyyat
redaktə- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.