Kece - Wikipedia
Keçə — döyülüb basmaqla (sixmaqla) hazırlanan sıx yun materialdır. Əsasən türk xalqları arasında geniş yayılıb.
Keçə gözəl mədəniyyət nümunəsi olmaqla yanaşı, əvvəllər məişətdə geniş istifadə olunub: alaçıq qurmaqda, at çulu, palan düzəltməkdə çox geniş istifadə etmişdir.
Keçə sənəti Azərbaycanda
redaktəAzərbaycan xalqının mədəni tarixinə aid çoxsaylı faktlarla zəngin "Kitabi Dədə Qorqud" dastanında keçə haqqında maraqlı məqamlar yer alıb. Dastanda keçədən alaçıqların tikilməsində, çobanların yapıncı kimi keçədən istifadə etməsindən, babalarımızın atlarını keçə ilə bəzəməsindən geniş söhbət açılır.
Keçə sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu peşə basma üsulu ilə ixtisaslaşmış ustalar tərəfindən aparılırdı. Keçə hazırlamaqla məşğul olan ustalar "həllac" və ya "atıcı" adlanırdı.
Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Keçənin hazırlanmasında yun əsas material olduğu üçün burada qoyun bəslənməsi və qırxılması vacib elementdir.
Keçənin hazırlanması
redaktəKeçənin hazırlanması üçün, qoyunların xüsusi gölməçələrdə bir neçə gün yuyulması və qırxılması prosesi gedir. Qırxılmış yun daha sonra didilir. Didilmiş yun bir neçə nəfər tərəfindən döyülür. Yunun üzərinə ilıq su əlavə edib, üzərində addımlayırlar. Sonra yun tapdalanır, buna yunun təpilməsi deyilir. Qəliblər üzərində də davam edən təpmə, yun hazır olub, keçə əmələ gələnə qədər davam etdirilir. Keçə hazırlanarkən yerinin hamarlığı, genişliyi və rahatlığı da eyni zamanda nəzərə alınmalıdır.[1]
Keçənin növləri
redaktəKeçənin müxtəlif növləri olmuşdur.
Qara keçə və ya qəlib — dəyə və alaçıqların üstünün örtülməsində, döşənməsində, nəmənddən divarların bəzədilməsində istifadə edilmişdir.
Yük keçəsi — elatlar arasında geniş yayılmışdı. Belə ki, arandan-dağa, dağdan-arana köçən elatlar yağmur və toz-torpaqdan qorumaq məqsədilə yük məişət ləva-zimatlannın üstünü yük keçəsi vasitəsilə örtürdülər.
Yəhər keçəsi — yəhərin altına keçirilərək atın sağrısmı örtürdü.
Dolaq keçəsi — soyuq havada ayaqlara dolanırdı.
At keçəsi — çılpaq atın üstünə sərilərək yəhər vəzifəsini yerinə yetirirdi. Həm də yəhərin altında yerləşdirilirdi.
Qapı keçəsi — adından göründüyü kimi alaçıq və dəyələrin qapılarının örtülməsində istifadə edilirdi.
Namazlıq keçə — namaz zamanı səcdəyə durarkən istifadə olunurdu. Qapı keçəsi və namazlıq keçəsi əksərən naxışlı keçədən hazırlanırdı.
Qundaq keçəsi — körpə uşaqların bələnməsində istifadə olunurdu. Onu da bəzəkli keçədən hazırlayırdılar.
Təpmə keçə — yapıncı kişi geyimi hazırlanmasında istifadə edilirdi. Maldar əhali və çobanlar arasında bu yapıncılar daha çox istifadə edilirdi.