Kecili Serdarabad - Wikipedia
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3]
kənd | |
Keçili | |
---|---|
40°07′47″ şm. e. 44°04′14″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Sərdarabad mahalı]] |
Rayon | [[Sərdarabad rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 851 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktə1728-ci ilə aid mənbədən mə’lumdur[4][5] Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[6] qeyd edilmişdir.
Toponimi
redaktəToponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi[7] əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır[8]. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar[7]. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[10][11][170, 3]. Mənşəcə oğuzların Kayı tayfasına mənsub keçililər[12]Səfəvilər vaxtında Naxçıvanda yaşayan Kəngərlərə qarışmışdır. XIX əsrin əvvəllərində Naxçıvan əyalətində yaşayan kəngərlərin bir qolu keçili adlanırdı. Onların bir hissəsini Pənahəli xan köçürüb Qarabağda yerləşdirmişdi. XIX əsrin ortalarında Qarabağ düzündə qışlayan bir maldar el Keçili adlanırdı. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV. 1946-il fərmanı ilə adı dəyişdirilib "Mrqaşat" qoyulmuşdur.
Əhalisi
redaktə1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[13]
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
- ↑ İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996. .
- ↑ Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun “Еlmi əsərləri”, 1974, № 8. .
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.61
- ↑ 1 2 ASE, V c., B., 1981, s.331
- ↑ Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.69
- ↑ Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.227
- ↑ Azərbaycan Sovеt Еnsiklopеdiyası (müxtəlif cildlər). .
- ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
- ↑ V.A.Qordlеvskiy, c. III. S. 109. .
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кечили // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.