Kecmise Qayidis Film 2002 - Wikipedia
Keçmişə qayıdış (hind: तुमको ना भूल पायेंगे; Rom: Tumko Na Bhool Paayenge; Azərbaycan dilində tərcüməsi: Mən səni unuda bilmirəm) 2002-ci ildə nümayiş olunan hind filmidir. Film Hollivudun həmin il nümayiş olunan The Bourne Identity filmindən ilhamlanıb.
Keçmişə qayıdış | |
---|---|
hind. तुमको ना भूल पायेंगे | |
Janr | dram filmi[1], döyüş filmi |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2002 |
Müddət | 160 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0310254 |
Süjet xətti
redaktəVeer (Salman Xan) valideynləri ilə bir mülkdə yaşayır. Atası Thakur Punia Pratar Singh oğlunun da özü kimi yaxşı döyüşçü olmasını istəyir. Bunun üçün o, Viri çox məşq etməyə məcbur edir, lakin atasının arzusunu həyata keçirmək üçün onun nə istəyi, nə də lazımi keyfiyyətləri mövcuddur. O, döyüşmək əvəzinə sevgilisi Muskanla (Diya Mirzə) vaxt keçirməyə üstünlük verir. Bir gün Thakur duel zamanı məğlub olanda Vir özündə qeyri-adi güc hiss edir və atasının rəqibini məğlub edir. Həmin gündən onun gözünə qəribə şeylər gəlməyə başlayır və o, sanki keçmiş həyatından səhnələri xatırlamağa başlayır. O, əvvəllər də hiss edirdi ki, həyatında bir sirr vardır, çünki uşaqlığını və gəncliyini heç vaxt xatırlaya bilməmişdir və onların evində onun uşaqlıq fotoşəkilləri də yoxdur. Bundan əlavə, bədənində güllə yaralarının izləri vardır. Vir yaddaşını necə itirdiyini anlamağa çalışarkən hər kəsdən fərqli cavablar alırdı.
Bu sirr onun Muskanla nişan zamanı açılır. Nişan zamanı birdən silahlı adamlar evə girirlər və Virə bildirirlər ki, Bombeydə onun ölməsini istəyən güclü düşmənləri vardır. Onun içində qəribə bir qüvvə yenidən peyda olur və o, çağırılmamış qonaqları sakitcə darmadağın edir. Takur artıq həqiqəti gizlətmək hüququna malik olmadığını başa düşür və Virə onu cəmi üç il əvvəl övladlığa götürdüyünü deyir. Takurun öz oğlu Vir həmin il müharibədə həlak olmuş və allahlar bədbəxt valideynlərin duasını eşidən kimi onlara daha bir oğul göndərmişdirlər - o, yaralı halda çayda tapılmışdır. Qərib həyatı haqqında heç nə xatırlamadığı üçün Takur onun adını Vir qoymağa qərar verir və bundan sonra onu öz oğlu hesab edir.
Vir özünün kim olduğunu və onun kimin yolunun qabağını kəsdiyini bilmək istəyir və bu məqsədlə ona görünən görüntülərdən başqa heç bir məlumatı olmadan Bombeyə gedir. Orada həyatını xatırlamağı, keçmiş nişanlısı Mehak (Suşmita Sen) və düşmənləri ilə görüşməyi bacarır. Dostu tərəfindən xəyanətə uğramış keçmiş qatil, həyatını darmadağın etmiş hər kəsdən qisas almağa qərar verir.