Kefken Adasi - Wikipedia
Kefken adası (türk. Kefken, əvvəllər — Dafnusiya (q.yun. Δαφνουσία) — Qara dənizdə, Türkiyə sahillərində yerləşən ada. Kocaeli ili, Kandıra ilçəsi ərazisinə daxildir. İlk əvvəllər Afina dəniz ittifaqının (431 b.e.ə) ərazisi olmuşdur. Antik dövrdə Apolloniya və Tinias adlarını aşımışdır.
Kefken adası | |
---|---|
türk. Kefken | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,11 km² |
Sahil uzunluğu | 1,7 km |
Hündür nöqtəsi | 14 m |
Əhalisi | 1.364 nəfər (2012-ci il) |
Yerləşməsi | |
41°12′57″ şm. e. 30°15′36″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sonralar Roma imperiyasına və Şərqi Roma imperiyasına (Bizanas) daxil olur (395–1204-cü illər). Adada yepiskopluq fəaliyyət göstərmişdir. 1204-cü ildə ada Latın imperiyasının tərkibinə daxil olur. 1310-cu ildə ada osmanlı sərkərdəsi Ağçaqoca tərəfindən ələ keçirilir. Ancaq 1328-ci ildə bizanslar adanı yenidən ələ keçirirlər. Bir müddət ada genualıların əlində olur. 1453-cü ildə İstanbulun fəthi ilə ada Osmanlı imperiyasının ərüazisinə çevrilir. 1918–1921-ci illərdə ingilis işğalı altında olur.
2012-ci il məlumatına görə adada 1364 nəfər yaşayır.
Mənbə
redaktə- Adanın tarixi (türk.)