Kerol Film Musiqisi - Wikipedia
“Carol: Original Motion Picture Soundtrack” 2015-ci ildə çıxrılmış eyni adlı filmin musiqi albomudur. Alboma Karter Byuruell tərəfindən yazılmış orijinal film musiqisi, həmçinin “The Clovers”, Billi Holidey, Corciya Gibbs, Les Pol və Meri Ford və Co Stafford tərəfindən ifa edilmiş mahnılar daxildir. Albom “Varèse Sarabande” leyblı tərəfindən 20 noyabr 2015-ci ildə dijital yükləmə və CD formatlarında satışa çıxarılmışdır.[1]
Carol: Original Motion Picture Soundtrack | |
---|---|
Karter Byuruell tərəfindən ifa olunmuş soundtrack album | |
Yayımlanma tarixi | 20 noyabr 2015 |
Yazılma tarixi |
2014–2015 Studio X, Sietl The Body, Nyu-York |
Janr | film musiqisi |
Müddət | 73:24 |
Leybl | Varèse Sarabande |
İnkişaf
redaktəByuruel filmin ssenarisini əsas çəkilişlərə başlanmamışdan əvvəl əldə etmişdi. Rejissor Todd Heyns bəstəkara Rendi Poster tərəfindən yığılmış 1950-ci illərin mahnılarından ibarət altı CD göndərmişdi.[2] Lakin, Heynsin filmi çəkib tamamlamasına kimi Byurvell musiqi yazmağa başlamır.[3] Əvvəlcə bəstəkar film musiqisi üçün iki solo alətdən istifadə etməyi fikirləşir və bunun iki baş qəhrəmana uyğun olacağını düşünür.[4] Bundan sonra "Opening" adlı ilk musiqini yazır. O, qeyd edir ki, bu cür musiqinin birinci yazılması qəribə seçim idi, çünki əsas qəhrəmanlardan heç biri birinci səhnədə iştirak etmir..[5] Lakin, o, hiss edir ki, yazacağı musiqi filmin əhval ruhiyyəsini və görünməyən əsas qəhrəmanları izləyiciyə çatdırmalıdır. Bunun üçün Byuruvell müxtəlif ideyalarını yazır və Heynsə göndərir.[5]
Byuruel film musiqisini səkkiz – on yeddi musiqiçidən ibarət kiçik ansamblla yazır. Bu ansambla simli alətlər kvarteti, bass, arfa, piano və klarnet daxil idi. Orkestrasiyadan sonra film musiqisi Sietl Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. Otuz səkkiz dəqiqəlik film musiqisinin yazılması, ifası və lentə alınması səkkiz həftə vaxt almışdır.[3] Byuruell Kerol obrazını (Keyt Blanşet canlandırır) “sirli” və “laqeyd, müəmmadan uzaq” adlandırır. Bu obraz üçün o, piano, klarnet və vibrafon istifadə etmişdir.
Byuruellə görə film musiqisinə, filmin vizual dili ilə əlaqəli olan üç əsas mövzu daxildir. Açılışdakı şəhər səhnəsində səslənən musiqi Kerol və Terez (Runi Mara tərəfindən canlandırılır) arasındakı “güclü cazibə və ehtiras”ı təsvir edərək, obrazlar görünməzdən əvvəl onları izləyicinin təsəvvüründə canlandırır. Bu musiqi sonradan sevgi mövzusu kimi istifadə edilmişdir.[3] Terezin Kerolun gözəlliyinə məftunluğu yüngül piano notları ilə təsvir edilmişdir. Piano teksturası sağ və sol əllər üçün yazılmış notlarla işləmək üçün “bir qədər studiya magiyası”na ehtiyac yaradır, belə ki, sol əllə ifa edilmiş notlar buludlar arasında itərkən, həmin notlar sağ əl vasitəsiylə ifa edilir və bu ifa melodiyanı daşımağa kifayət edəcək qədər fərqli səslənir. Bu ilk dəfə Kerolun Terezi avtomobillə evinə gətirməsi səhəsində istifadə edilir.[4] Üçüncü mövzu yoxluq və itki haqqındadır. Bu musiqi Terezin Kerol tərəfindən yazılmış və onun Nyu-Yorka qayıtma səbəbinin izah edildiyi məktubu oxuması səhnəsində səslənir. Byuruell əhvali-ruhiyyəni gizlətmək üçün dördüncü, beşinci və doqquzuncu kimi açıq intervallardan istifadə etmişdir. Hər iki qadının ürəyi qırılır və musiqi onların içindəki boşluğu əks etdirir.[3]
Tənqidçilərin mövqeyi
redaktə“Empire” jurnalından Nev Pirs Byuruellin film musiqisini “dəbdəbəli” adlandırır.[6] “The Scene Magazine”dən Stefan Ellison yazır: “Karter Byuruellin film musiqisi Kerol və Terezin sevgisini çox gözəl çatdırmaqla filmin ümumi aurasından ayrılmayaraq onun bir hissəsinə çevrilir.”[7] “Ham & High”dan Maykl Coys qeyd edir ki, “Onun musiqisi o zamanın qaydalarına görə sevdiyi şəxsin adının açıqlanmasına imkan verməyən bir sevgini çox yaxşı vurğulayır.”[8] “San Francisco Chronicle” üçün yazdığı şərhdə Mik LaSalle qeyd edir ki, “interyer səhnələrinin göstərilməsi zamanı borulu orqan musiqisinə keçilməsi bir qədər qəribədir.”[9] “Combustible Celluloid”-dən Cefferi M. Anderson qeyd edir ki, musiqi film üçün “mükəmməl”dir.[10]
“The Arts Desk” üçün yazdığı şərhdə Demetrios Mateo qeyd edir ki, Byuruellin musiqisi “Filipp Qlassın emosional piano musiqilərini xatırladır” və filmdə əhvali-ruhiyyə yaradır.[11] “New Statesman” jurnalından Rayan Gilbi qeyd edir: “Karter Byuruellin musiqisi ilan oynadanın musiqisi kimi yoldan çıxarır, yüksəlir və insanı özündən asılı hala salır.”[12] “Salon”dan Endryu O'Hehir qeyd edir: “Karter Byuyuellin unudulmaz film musiqisi sanki Şubert, Dyuk Ellinqton və Filipp Qlass arasında əlaqə yaradaraq əhvali-ruhiyyə formalaşdırır.”[13] “Little White Lies” jurnalı üçün yazdığı şərhdə Sofi Kaufman Byuruelin film musiqisini “həsrətli” adlandırır.[14] “Sky Movies”dən Lyuis Beyzli qeyd edir ki, “Karter Byuruellin film musiqisi sakitləşdirir və uçurur.”[15]
Kompozisiyaların siyahısı
redaktə№ | Başlıq | {{{extra_column}}} | Müddət |
---|---|---|---|
1. | Başlıqsız | 2:13 | |
2. | Başlıqsız | 1:43 | |
3. | Başlıqsız | 1:39 | |
4. | Başlıqsız | The Clovers | 2:26 |
5. | Başlıqsız | 0:52 | |
6. | Başlıqsız | 2:19 | |
7. | Başlıqsız | Billi Holiday, Teddi Uilson və orkestrı | 3:02 |
8. | Başlıqsız | 2:30 | |
9. | Başlıqsız | 1:10 | |
10. | "Drive into Night" | 0:52 | |
11. | Başlıqsız | Corciya Gibbs | 2:25 |
12. | Başlıqsız | 0:40 | |
13. | Başlıqsız | 2:40 | |
14. | Başlıqsız | 3:06 | |
15. | Başlıqsız | Les Pol və Mari Ford | 2:56 |
16. | Başlıqsız | 1:12 | |
17. | Başlıqsız | 1:29 | |
18. | Başlıqsız | 1:01 | |
19. | Başlıqsız | 3:25 | |
20. | Başlıqsız | Co Stafford | 2:57 |
21. | Başlıqsız | 2:16 | |
22. | Başlıqsız | 1:30 | |
23. | Başlıqsız | 1:30 | |
24. | Başlıqsız | Helen Foster & The Rovers | 2:53 |
25. | "The End" | 3:53 |
- Cins Cordano və Naytavks Orkestrının "Willow Weep for Me" mahnısı, “The Four Aces” qrupunun "A Garden in the Rain" mahnısı,Vudi Hermanın “Perdido” mahnısı, Eddi Fişerin "That's the Chance You Take" mahnısı, Pi Vi Kinqin "Slow Poke" mahnısı və Patti Peycin "Why Don't You Believe Me" mahnısı filmdə istifadə olunsa da, alboma daxil edilməmişdir.[17]
Personal
redaktə- Film musiqisinin bəstəkarı, prodüseri, orkestrasiya müəllifi və drijoru Karter Byuruelldir.
Texniki heyətredaktə
|
MusiqiçiləriredaktəSimli alətlər kvartetiredaktə
Digər musiqi alətləriredaktə
|
Hit-paradlarda
redaktəHit-parad(2016) | Yüksəldiyi yer |
---|---|
Belgian Albums (Ultratop Flanders)[18] | 157 |
Italian Compilation Albums (FIMI)[19] | 19 |
İstinadlar
redaktə- ↑ "Todd Haynes 'Carol' Soundtrack Details". FilmMusicReporter.com. October 21, 2015. November 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Rogers, Nathaniel. "Interview: Carter Burwell on Composing "Carol" and "Hail, Caesar!"". The Film Experience. 20 mart 2016. January 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2016.
- ↑ 1 2 3 4 "Carol - Carter's Notes". carterburwell.com. December 12, 2015. December 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ 1 2 Ehrlich, David. "Composer Carter Burwell on 'Carol' and the Coen Brothers". Rolling Stone. November 21, 2015. February 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ 1 2 "Listen to Carter Burwell's Complete, Magnificent Score For Todd Haynes' 'Carol'". The Film Stage. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Pierce, Nev. "Carol Review". Empire. November 20, 2015. November 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "Carol - Movie Review". The Scene Magazine. December 10, 2015. October 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "Carol review: 'An Oscar Pleader that has become a real film'". Ham & High. November 29, 2014. March 4, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ LaSalle, Mick. ""Carol" — Exquisite performances as 2 women connect". San Francisco Chronicle. December 10, 2015. September 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "Carol". Combustible Celluloid. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Matheou, Demetrios. "Carol". The Arts Desk. November 26, 2015. September 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Gilbey, Ryan. "Matches made in heaven: Carol and Bridge of Spies". New Statesman. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ O'Hehir, Andrew. ""Carol" isn't just a "lesbian movie": Cate Blanchett and Rooney Mara's '50s love story is a classic American screen romance". Salon. November 25, 2015. June 12, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Kaufman, Sophie. "Carol - Little White Lies". Little White Lies. November 25, 2015. January 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Bazley, Lewis. "Carol". Sky Movies. Sky plc. 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "Carol (Original Motion Picture Soundtrack) - Carter Burwell". iTunes US. November 20, 2015. April 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ Jagernauth, Kevin. "All The Songs In Todd Haynes' 'Carol' Including Billie Holiday, Gerry Mulligan, The Clovers, Jo Stafford, & More". Indiewire. May 13, 2015. November 27, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
- ↑ "Soundtrack / Carter Burwell – Carol" (In Dutch). Ultratop.be. Hung Medien. Retrieved 20 mart 2016.
- ↑ "Compilation - Classifica settimanale WK 3 (dal 2016-01-15 al 2016-01-21)" (Italian). Federazione Industria Musicale Italiana. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 mart 2016.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- carolfilm.com — Kerol filminin rəsmi saytı
- Kerol — Internet Movie Database saytında
- Carol Rotten Tomatoes saytında (ing.)