Kicik Asiya - Wikipedia
Kiçik Asiya və ya Anadolu — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.
Kiçik Asiya | |
---|---|
Anadolu | |
Ümumi məlumatlar | |
Sahəsi | 757.000 km² |
Yerləşməsi | |
40°15′00″ şm. e. 36°00′00″ ş. u.HGYO | |
Akvatoriya | Aralıq dənizi, Qara dəniz, Egey dənizi |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır.
Tarixi
redaktəRomalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.[1]
Çayları
redaktəKiçik Asiya yarımadasının çayları Qara, Aralıq, Egey və Mərmərə dənizlərinə tökülür. Ən böyük çaylarından Qara dənizə Qızıl İrmak (950 km), Yaşıl İrmak (400 km, Kilkit qolu ilə), Çorox (360 km), Səkəriyə (690 km); Egey dənizinə Kiçik Məndərəs, İldiz, Böyük Məndərəs; Aralıq dənizinə isə Seyhan (450 km) və Ceyhan (350 km) çayları tökülür. Mesepatomiyanın böyük çaylarından Fərat öz mənbəyini və yuxarı axarında yerləşən qollarını Şərqi Anadoludan alır.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Энциклопедический словарь. 2009. АЗИЯ (провинция).