Kiberzorbaliq - Wikipedia
Kiberzorakılıq (ing. Cyberbullying) — rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək, təqib etmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır. Hər hansı bir zorakılığın, o cümlədən kiberzorbalığın qurbanı olan insanların ədalət və cinayətkarın məsuliyyətə cəlb etmək hüququ vardır. Kiberzorbalıqla bağlı xüsusi qanunları olan ölkələrdə, qəsdən ciddi emosional sıxıntıya səbəb olan onlayn davranış cinayətkarlıq kimi təsnif olunur. Bu ölkələrin bəzilərində kiberzorbalıq qurbanları müdafiə üçün müraciət edə, müəyyən bir şəxslə ünsiyyəti qadağan edə və həmin şəxsin kiberzorbalıq məqsədilə istifadə etdiyi elektron cihazlardan müvəqqəti və ya daimi istifadəsini məhdudlaşdıra bilər.[1][2] Kiberzorbalıq onlayn mühitdə şəxslər arasında təhqir, nifrət və ya təzyiqin ifadəsi kimi təsvir olunur. Bu, elektron poçt, sosial şəbəkələr, forumlar və sair onlayn platformalar vasitəsilə edilir.
Kiberzorbalığın bəzi halları
redaktəSosial Şəbəkə Təzyiqi
- Şəxslər arasında sosial şəbəkələrdə, məsələn, Facebook, Instagram, Twitter kimi platformalarda, təzyiq və təhqiramiz ifadələr.
- Şəxslərin profil şəkilləri və paylaşımları əsasında təhqir və təzyiq.
Elektron poçt təhqiri
- Təzyiq nifrət spam və təhqiramiz məktubları elektron poçtlar vasitəsilə göndərmək.
Şəxsi məlumatların paylaşılması
- Şəxslərin şəxsi və gizli məlumatlarının onlayn olaraq yayılması.
Fake Hesablar
- Saxta sosial media hesabları yaradaraq şəxslərə qarşı təzyiq etmək.
Rəsmi vəzifə təzyiqi
- İş yeri təzyiqi və ictimaiyyi təzyiq. Şirkətlər və müəssisələr arasında onlayn təhqir ifadələri.
Bu hallar Kiberzorbalığın bəzi ümumi növləridir və təhlükəli və psixoloji təsirlərə səbəb ola bilir.
İstinadlar
redaktə- ↑ "Kiberbullinq : Bu nədir və onu necə dayandırmaq olar". https://www.unicef.org (ingilis). Archived from the original on 2023-12-17. İstifadə tarixi: 2023-12-17. (#first_missing_last)
- ↑ Wolpert, Stuart. "The teenage brain on social media". UCLA Newsroom (ingilis). 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.