Kim Pik - Wikipedia
Kim Pik (ing. Kim Peek ;d. 11 noyabr 1951,Solt-Leyk Siti,ABŞ-ö. 19 dekabr 2009)- fenomenal yaddaşa malik amerikalı, əldə etdiyi məlumatların 98%-ə qədərini yadda saxladığı üçün “Kim-puter” ləqəbini almış, “Yağış adam” (1988,ABŞ) filmində Dastin Hofmanın oynadığı qəhrəmanın prototipi.
Həyatı
redaktəQeyri-proporsional böyük başa malik olan Kim Pik ənsəsində beysbol topu ölçüsündə olan kəllə-beyin yırtığı ilə anadan olmuşdur. Onun beyinciyi zədələnmiş, beynin sağ və sol yarımkürələrini bir-biri ilə birləşdirən qabarıq cisim isə mövcud olmamışdır. Kimin anadangəlmə olan bu xəstəliklərdən heç biri nə onun zəkasına, nə də əqli geriliyinə təsir göstərmişdir. Alimlərin fərziyyələrinə görə, qabarıq cismin yoxluğuna baxmayaraq beynin neyronları Kimin yaddaşını dəfələrlə möhkəmləndirən yeni bir birləşmə yaratmışdır.
Atasının xatirələrinə görə, Kim artıq 16 aylığında oxumağı öyrənmişdir. 3 yaşında o qəzetlər oxuyur və tanış olmayan sözlərin mənasını başa düşmək üçün izahlı lüğətdən istifadə edirdi. 7 yaşına qədər Bibliyanı əzbər bilirdi. Evlərinin kitabxanasında oxuduğu hər bir kitabı təkrar oxumamaq üçün rəfə tərsinə qoyurdu.
Kimi adi məktəbə götürmürlər. 50-60-cı illərdə isə ABŞ-da bu cür pozuntulara malik uşaqlar üçün məktəb mövcud deyildi. 14 yaşına qədər Kimin əsas məktəb proqramını bitirməsinə baxmayaraq, ştat hakimləri ona əlilliyinə görə, sertifikat verməkdən imtina etmişdilər. 1969-cu ildə, 18 yaşında Kim mormonların yerli ictimai mərkəzinə mühasib kimi işə düzəlir. O, bütün boş vaxtını ədəbiyyata sərf edirdi. Burada o, Şekspirin bütün əsərlər toplusunu oxuyaraq yadda saxlamışdır.
Tədricən ilk növbədə, Kimin maraqlandığı ayrı-ayrı mövzuların sayı formalaşmağa başladı: Dünya və Amerika tarixi, idman, kino, kosmosun mənimsənilməsi, Bibliya, kilsə tarixi, ədəbiyyat və klassik musiqi. O, ABŞ-nin şəhərlərarası telefon kodları və poçt indekslərini, ölkənin bütün yerli televiziya stansiyalarının adını əzbərdən bilirdi. O, beynində Amerikanın bütün şəhərlərinin xəritəsini daşıyırdı və bu şəhərlərdən hansısa birinə getmək istəyən şəxsə, ora necə getmək barədə məsləhət verə bilərdi. Ona yüzlərlə klassik musiqi əsəri məlum idi. O bu musiqi əsərlərinin bəstəkarlarının adını, ilk dəfə harada və nə vaxt ifa olunduğunu deyə bilirdi. Saatlarla oturub musiqi formalarının xüsusiyyətləri və əsərlərin tonallığı barədə danışa, həmçinin ona məlum olmayan əsərlərin müəllifini və ya bəstəkarını tapa bilərdi.
Kim oxumağın xüsusi bir texnikasını yaratmışdır. Oxumağın ümumi çətinliyə əsasən, o standart kitab səhifəsini 8-10 saniyə ərzində oxuyurdu. Onun qəribə yerişi var idi. Pik ancaq 4 yaşında çox aşağı əzələli tonusla yeriməyi öyrənmişdir. O ən adi məişət və şəxsi ehtiyaclarını ödəmək üçün çox çətinliklə hərəkət edirdi.(Məsələn,o sərbəst şəkildə köynəyinə düyməni bağlaya bilmirdi)Kim əməli olaraq abstrakt təfəkkürə malik deyildi.(məsələn, məsəl və deyimlərin mənasını izah edə bilmirdi) Onun yaşlaşdıqca bacarıqlarının artması alimlərin təəccübünə səbəb olmuşdur. Fiziki çatışmazlığına baxmayaraq, o, 2002-ci ildə fortepianoda ifa etməyi öyrənmişdir. Mosart yaradıcılığının məşhur tədqiqatçısı Qrinan öz müşahidələrini belə ifadə etmişdir:
Kimin musiqi biliyi xeyli çoxdur. Son dərəcə ən təsirlisi odur ki, o hətta 40 il əvvəl cəmi bir dəfə eşitdiyi musiqi əsərlərindəki ştrixlərin yerini də bilirdi. |
Kinoqəhrəman
redaktə1984-cü ildə Kim Pik öz doğma şəhərini tərk edərək Arlinqton şəhərində (Texas) keçirilən əqli cəhətdən geri qalmış vətəndaşlar Assosiasiyasının Milli konfransına yollanır. O burada yazıçı Barri Morrou ilə tanış olur. 4 saatlıq söhbətdən sonra yazıçı Kimin atası Fren Pikə Kimin heyranedici bacarıqlarını söyləyərək onu insanlardan gizli şəkildə saxlamamağı xahiş eləyir. Lakin Fren Pik oğlu barədə şou (Pik şou) yaradılması təklifini rədd edir.
Kimin bacarıqları yazıçıya o qədər təsir edir ki, o “Yağış adam” filminin ssenarisini yazmağa başlayır. Bu filmdə fenomenal riyazi bacarıqlara malik autist xəstəsi olan baş qəhrəman Reymond Bebbit rolunu Dastin Hoffman canlandırmışdır. Filmdəki hadisələr uydurulmuşdur, onlardan heç birinin Kimin həyatındakı real hadisilər ilə bağlılığı olmamışdır. “Yağış adam” filminin uğurundan sonra Kimə müxtəlif tədbirlərdə iştirak etmək üçün təkliflər gəlmişdir. Barri Morrou Kimə özünün "Oskar" heykəlciyini bütüb tədbirlərə aparmasına icazə vermişdir.Sonradan bu heykəlciyi “Oskar mükafatının ən sevimli heykəlciyi” adlandırmağa başladılar.Fren Pikin sözlərinə görə, Kim ömrünün son 21 ili ərzində təyyarə ilə 3 mln. mildən çox yol getmiş və 64 milyon insanla ünsiyyətdə olmuşdur.
1996-cı ildə Fren Pik öz oğlu haqda “Əsl Yağış adam:Kim Pik” adlı kitabını çap etdirmişdir.
Kim Pik heç bir romantik münasibətdə olmamış, evlənməmişdir.
Kim 2009-cu il 19 dekabr tarixində Solt-Leyk-Siti şəhər hospitalında 59 yaşında ürək tutmasından vəfat etmişdir.
Tədqiqat
redaktə1988-ci ildə başlayaraq müntəzəm şəkildə Kim psixoloji testlərə və beyninin tədqiq edilminə gedirdi.Onun İQ –nün təqribən 87 olduğu müəyyənləşmişdir. Amma araşdırmalarda bir nəticədə onun yüksək intellektə, digər bir araşdırmada isə aşağı intellektə malik olması müəyyənləşmişdir.