Kipr Turk Milliyetciliyi - Wikipedia
Kipr türk milliyətçiliyi — Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini dəstəkləyən etnik milliyətçilik. İdeologiyanın əsasları daha çox ŞKTR-nin Türkiyədən müstəqil qalmasını arzulayır, eyni zamanda yunanların dominantlıq etdiyi Kipr Respublikası ilə birləşmiş Kipr ideyasına qarşı çıxır. "Taksim"in məqsədi – Kipr adasının türk və yunan hissələrinə bölünməsi Kipr türk milliyətçiləri arasında geniş yayılmışdır. Buna baxmayaraq, onların xeyli hissəsi Türkiyənin Kipri ilhaq etməsini arzulayır.[1][2]
Tarixi
redaktə1911-ci ildə adanın hər yerində Kipr türkləri tərəfindən enozisə qarşı 3 mitinq təşkil edilmişdir. Bu mitinqlər XX əsrdə Kipr türk milliyətçiliyinin ilk böyük hadisəsi və Kipr türklərinin enozisə qarşı ilk təşkil etdiyi aksiya idi.[3] 1920-ci illər daha sərt etnik-dini bölmələr baxımından kritik bir onillik olmuşdur. Adada qalan Kipr türkləri kamalçı inqilabın təsiri ilə yavaş-yavaş Türkiyə milliyətçiliyi ideologiyasını mənimsəmişdilər.[4]
20 iyul 1974-cü ildə Yunanıstan xuntasının adanı Yunanıstanla birləşdirmək məqsədilə prezident Makarios əleyhinə dövlət çevrilişindən sonra Türkiyə adaya hücum əməliyyatı keçirmişdir. "Attila-2" kod adı altında həyata keçirilmiş ikinci əməliyyat 1974-cü il avqustun 14-dən 18-dək baş tutmuşdur.
İstinadlar
redaktə- ↑ Xypolia, Ilia. British Imperialism and Turkish Nationalism in Cyprus, 1923-1939 : divide, define and rule. London: Routledge. 2017.
- ↑ Kyris, George. The Europeanisation of Contested Statehood: The EU in Northern Cyprus. Routledge. 2016. 30–1. ISBN 978-1317032748. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
The rise of Turkish nationalism among the Turkish Cypriots can be largely seen as a response to the Greek Cypriot national "awakening" and campaign for union with Greece.
- ↑ "KIBRIS". users.metu.edu.tr. 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
- ↑ Xypolia, Ilia. British imperialism and Turkish nationalism in Cyprus, 1923-1939 : divide, define and rule (Paperback). Abingdon, Oxon. ISBN 0-367-34890-X. OCLC 1106094476.