Kiska Adasi - Wikipedia
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur.
Kiska adası | |
---|---|
ing. Kiska Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 277,7 km² |
Uzunluğu |
|
Eni | 9,7 km |
Hündür nöqtəsi | 1220 m |
Əhalisi |
|
Yerləşməsi | |
51°58′ şm. e. 177°26′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəAda 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır.
1758-ci ilin avqustunda "St. Kapiton" rus gəmisi Kişka adasına çatır, lakin sənayeçilər sahilə enəndə aleutların hücumuna məruz qalırlar. Ruslar onların hücumunu çətinliklə dəf edə bilirlər. Tezliklə fırtına zamanı gəmi sahil qayalarına çırpılır. Sənayeçilər qaça bilsələr də, onların sahildəki müvəqqəti düşərgəsi dərhal aleutların hücumuna məruz qalır. Hücumun dəf edilməsi zamanı onlardan ikisi həlak olmuş, biri isə yaralanmışdır. Bu uğursuz hücumdan sonra aleutlar adanı tamamilə tərk edərək qonşu ərazilərə köçürlər. Ruslar isə qışı əlverişsiz sahildə keçirmək məcburiyyətində qalırlar. 1758/59-cu ilin qışında 17 nəfər aclıqdan və sinqa xəstəliyindən ölür. 1760-cı ilin yayında köhnə gəminin qalıqlarından yenisini tikən sənayeçilər Kamçatkaya qayıdırlar[1].
1867-ci ildə Alyaska satıldıqdan sonra ABŞ yurisdiksiyasına keçir. İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə yaponlar tərəfindən işğal edilir. Adada və onun ətrafında işğal zamanı 2500 yapon əsgəri ölür[2]. 1943-cü ildə ABŞ qüvvələri adanı azad etmək üçün, yapon qarnizonunun iki həftə əvvəl boşaldılmasından xəbərsiz Kottec əməliyyatına başlayır. Adanın "azad edilməsi" zamanı amerikalılar yüzdən çox insan itirir, 200-ə yaxın adam itkin düşür, 200-dən çox insan "dost atəşi", mina partlamalarından yaralanır. Abner Reed esminesi də partladılır.
İstinadlar
redaktə- ↑ "Промысловое освоение алеутских о-вов русскими промышленниками (1743–1783)". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-07.
- ↑ "The Battle for Kiska". 2006-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-30.