Klara Petacci - Wikipedia
Klaretta Petaççi kimi tanınan Klara Petaççi (28 fevral 1912[1][2], Roma – 28 aprel 1945[1][2]) italyan diktator Benito Mussolininin məşuqəsi olmuş və onunla birlikdə edam edilmişdir.
Klara Petaççi | |
---|---|
it. Clara Petacci | |
Doğum tarixi | 28 fevral 1912[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 1945[1][2] (33 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Partnyoru |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Mussolini ilə münasibət
redaktəPetaççi Mussolininin Rakele Mussolini ilə ailəli olduğu dövrlərdən onunla uzun müddət münasibətləri olmuşdur. Benito Petaççidən 28 yaş böyük idi.[4]
Onların yazışdığı məktublar bu gün də Milli Arxiv idarəsi ilə məxfilik səbəbindən mübahisəlidir.[5]
Ölümü
redaktə1945-ci il 27 aprel tarixində, Mussolini və Petaççi İtaliya Sosial Respublikası üzvləri ilə birlikdə konvoy ilə səyahət edərkən partizanlar tərəfindən tutulmuşdur.[6] 28 aprel tarixində o və Mussolini Medzeqraya aparılaraq orada güllələnmişdir. Növbəti gün isə Mussolini və Petaççinin bədənləri Milanda yerləşən Loreto meydanına gətirilmiş və buradakı yanacaqdoldurma məntəqəsi ilə üzbəüz ayaqlarından asılmışlar. Asılanlar arasında Mussolininin yaxın adamlarından bir neçəsidə var idi. Bu mənzərə foto ilə çəkilmiş və izdiham öz qəzəblərini onların üzərinə yağdırmışdır.[7]
Ailə
redaktəKlara Petaççinin atası Françesko Petaççi XI Piyin əsas həkimi idi. Onun bacısı Miriam di San Servolo (31 may 1923 – 24 may 1991) isə aktrisa idi. Petaççinin qardaşı olan Marsello Petaççi Mussolini və Petaççi ilə birlikdə tutulmuşdur, lakin Donqoda edamdan öncə qaçmağa cəhd edərkən vurulmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Clara Petacci // SNAC (ing.). 2010.
- ↑ 1 2 3 4 Claretta Petacci // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Gagliani D. PETACCI, Clara // Dizionario Biografico degli Italiani (it.). 2015. Vol. 82.
- ↑ (isp.) Giuseppina Persichetti, La enamorada de Mussolini, Madrid, Ediciones Caballero Audaz, 1947.
- ↑ (ital.) Giampiero Buonomo, Quel carteggio tra Mussolini e la Petacci. Storici sacrificati sull’altare della privacy, in Diritto e giustizia, 16 luglio 2005 Arxivləşdirilib 2019-12-03 at the Wayback Machine.
- ↑ Gunther Langes, Auf Wiedersehen Claretta. Il diario dell'uomo che poteva salvare Mussolini e la Petacci, a cura di Nico Pirozzi, Villaricca, Edizioni Cento Autori, 2012. ISBN 978-88-97121-37-4.
- ↑ "Death of the Father-Mussolini & Fascist Italy: the 'infamous' exhibit". Cornell Institute for Digital Collections. 1999. 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.