Klarnet - Wikipedia
Klarnet — nəfəslə çalınan musiqi aləti[3]. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir.
Klarnet | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 422.211.2-71 |
İxtiraçı | İohann Denner[1][2][…] |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Söz açımı
redaktəItalyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.
Tarixçə
redaktəKlarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir.[4]
Quruluşu və diapazonu
redaktəSilindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir. Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.
Növləri
redaktəDörd müxtəlif növü var:
- böyük klarnet
- kiçik klarnet
- bas blarnet - quruluşuna görə klarnet kimidir, yalnız iri həcminə və bir qədər dəyişilmiş formasına görə fərqlənir. İlk dəfə XIX əsrdə opera musiqisində, daha sonra simfonik musiqidə tətbiq olunmuşdur.[5].
- bassethorn (alt klarnet).
Ünlü klarnetçalanlar
redaktəİstinadlar
redaktə- ↑ Риман Г. Кларнет (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 2. С. 632–633.
- ↑ Соловьев Н. Кларнет (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1895. Т. XV. С. 297.
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Klarnet Arxivləşdirilib 2015-06-07 at the Wayback Machine
- ↑ "Sevda Əliqızı. Hekayətli musiqi lüğəti - K hərfi". 2014-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-18.
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Bas klarnet Arxivləşdirilib 2015-06-07 at the Wayback Machine
Həmçinin bax
redaktə Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |