Klod Lui Bertolle - Wikipedia
Klod Lui Bertolle(fr. Claude Louis Berthollet; 9 dekabr 1748[3][4][…] – 6 noyabr 1822[5][4][…], Arkey[6]) — fransız kimyaçısı.
Klod Lui Bertolle | |
---|---|
fr. Claude Louis Berthollet | |
Doğum tarixi | |
Doğum yeri | Talluar, Savoyya |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Arkey, Fransa |
Vəfat səbəbi | Qarayara |
Uşağı | 1 |
Elm sahələri | kimya[1], siyasət[1], tibb[1] |
Təhsili |
|
Elmi rəhbəri | Antuan Lavuazye |
Tanınmış yetirməsi | Jozef Lui Gey-Lüssak |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKlod Lui Bertolle 1785-ci ildə xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq etmişdir. 1792-ci ildə kalium-xlorat duzunu sintez etmişdir ki, bu da hazırda "Bertole duzu" adlanır.
J. Prust ilə Klod Lui Bertolle (1748–1822) arasında baş verən və 7 il (1801–1808) davam edən məşhur mübahisədə R. J. Hayui Prustun mövqeyini müdafiə etmişdir. Lakin Bertole ilk dəfə olaraq bəzi birləşmələrin dəyişən tərkibə malik olmaları barədə faktların mövcud olmasını çox düzgün göstərmişdir. O, həmçinin müxtəlif birləşmələrin eyni formalı kristal quruluşa malik olması barədə öz fikirlərini irəli sürmüşdür. Müəyyən vaxt keçdikdən sonra aydın oldu ki, Bertollenin fikirləri təsadüfi fikir deyil, düzgündür.
1819–1821-ci illərdə izomorfizm və polomorfizm xassələrini kəşf edən alman alimi Eylqard Mitçerlix (1794–1863) Bertollenin fikirlərini təsdiq etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 https://www.academie-sciences.fr/fr/Liste-des-membres-depuis-la-creation-de-l-Academie-des-sciences/les-membres-du-passe-dont-le-nom-commence-par-b.html.
- ↑ Claude Louis Berthollet // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Hahn R. Claude-Louis Berthollet // Encyclopædia Britannica (ing.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ www.accademiadellescienze.it (it.).