Knipowitschia Caucasica - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqaz xulu[2] (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir[3]
Qafqaz xulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qafqaz xulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Morfoloji əlamətləri
redaktəBədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var. Çənəsinin altı xromotoforlarla örtülü olur. Birinci bel üzgəcində kiçik xromotoforlardan ibarət üç ədəd uzununa zolaq olur. Çənəsi kömür qara rəngdədir.
Yayılması
redaktəBosforda, Mərmərə, Qara, Azov, Xəzər və Aral dənizlərinin sahilyanı sahələrində yayılmışdır. Azərbaycanda Qızılağac körfəzində Kürün mənsəbindən Lənkərana qədər çayların aşağı axarlarında və göllərdə azsaylıdır. Xəzər dənizində və Qara dənizdə yaşayan Qafqaz xulu morfoloji əlamətlərinə görə fərqlənirlər.
Yaşayış yeri və həyat tərzi
redaktəEvriqal balıqdır, həm şirin sularda və həm də çox duzlu sularda yaşayır. Derjavinin yazdığına görə (1949), Qafqaz xulu dibi lilli, ot basmış durğun sularda yaşayır.
Çoxalması
redaktəCinsi yetkinliyinə uzunluğu 25 mm olduqdan sonra çatır. Kürüsünü yayda tökür. Kaydak körfəzində yaşayan xulun orta uzunluğu B. S. İlyinə görə 31 mm olur, cinsi yetkinliyə çatdıqda erkəklərin uzunluğu ən azı 22 mm, dişilərinki isə 24 mm olur. Həmin müəllif tədqiq etdiyi 11 ədəd balıqda 209–382, orta hesabla 285 ədəd kürü saymışdır. Erkəklər dişilərdən əmziyə oxşar cinsi orqanının və rənginin daha tün olması ilə fərqlənir.[4]
Təsərrüfat əhəmiyyəti
redaktəTəsərrüfat əhəmiyyəti yoxdur.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 144.
- Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 206 s.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Freyhof, J., Kottelat, M. "Knipowitschia caucasica". The IUCN Red List of Threatened Species. 2008. 2008: e.T11030A3240732. doi:10.2305/IUCN.UK.2008.RLTS.T11030A3240732.en.
- ↑ Froese, Rainer, and Daniel Pauly, eds. (2013). "Knipowitschia caucasica" FishBase saytında. June 2013 version.
- ↑ Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 206 s.