Knipowitschia Iljini - Wikipedia
İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir.
İlyin xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İlyin xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Morfoloji əlamətləri
redaktəD VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur.[2]
Yayılması
redaktəXəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır. Azərbaycan sularında ən çox Yalama-Xudat yaxınlığında təsadüf edilir. Muxtadır, Xaçmaz, Giləzi və Astara rayonlarında çoxsaylıdır. Qalan rayonlarda seyrəkdir.
Yaşayış yeri və həyat tərzi
redaktəDəniz balığıdır.
Çoxalması
redaktəKürüsünü may-iyun aylarında tökür.Sayı 300-400 arası olur.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.