Knipowitschia Longecaudata - Wikipedia
Uzunquyruq xul (lat. Knipowitschia longicaudata) — Knipoviç xulları cinsinin nümayəndəsidir.
Uzunquyruq xul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Uzunquyruq xul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Morfoloji əlamətləri
redaktəD VI (7-9), A I (8-9), Bədəni uzunsovdur. Göz arası məsamələri bir qədər arxada olub "K" şəkilli əlavə qısa kanalcığın ucunda yerləşir. Bu isə gözüstü kanalların birləşmə yerindən arxaya doğru gedir. Quyruq üzgəci simmetrik deyildir. Onun əsasında adətən damcı formalı iri tünd xal olur, bəzən isə olmur. Maksimal uzunluğu 5 sm - ə qədərdir.
Yayılması
redaktəQara və Azov dənizlərinin şortəm sularında, limanlarında, körfəzlərində, çaylarında,eləcə də su anbarlarında, göllərində geniş yayılmışdır.Xəzər dənizində kütləvi növ şimal hissədədir. Samurdan Pirşağıya və Salyan reydindən Astaraya qədər seyrəkdir.
Yaşayış yeri və həyat tərzi
redaktəHəm şirin sularda və həm də çox duzlu sularda yaşayır.Suyun temperaturu 4-20 C olduqda onun üçün əlverişli şərait olur.Kiçik bentik onurğasızlarla qidalanırlar.2 ildən az yaşayırlar.
Çoxalması
redaktəİlk qışdan sonra çoxalmağa başlayırlar.Dişilər bir mövsüm ərzində bir neçə dəfə kürü verə bilərlər.Kürüsünü hissə-hissə daşların, bitkilərin və ya molyuskaların çanaqlarının altına qoyurlar.[2]
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfındən ovlanır.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 145.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.