Kofun Dovru - Wikipedia
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır.
Haqqında
redaktəKofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər. Bəzi kurqanların ətrafında xəndəklər qazılmışdır.
Himikonun dəfn olunduğu yerdə təqribən 100 metr diametrində böyük bir təpə ucaldılmışdı və bu, Yaponiyada ilk kurqan hesab edilir. Belə kurqanlara daha çox Kyüsyü adasının cənubunda — Xunqo və Osumi əyalətlərində (müasir Miyazaki və Kaqoşima prefekturaları), Kinai rayonunda, Osaka, Kioto və Nara şəhərləri ətrafinda rast gəlinir.
Yaponiyada II əsrin ortalarında ilk kurqanın meydana gəlməsi ilə III əsrin ortalarından VII əsrin sonlarınadək olan dövrü kurqanlar mədəniyyəti dövrü mədəniyyəti) adlandırırlar.
Erkən kurqanlar dövrü üçün ön hissəsi kvadratşəkilli, arxa hissəsi isə dairəvi olan kurqanlar xarakterikdir. Kvadrat hissədə qurbanlar qoyulur, kurqan özü isə qəbrin üzərində ucaldılırdı. Belə kurqanlar Kyüsyü adasında — Kinai rayonunda, Omi, Kibi və Sanuki əyalətlərində, Xonsyu adasında müasir Şiqa, Hiroşima və Okayama prefekturalarında, Şikoku adasında Kaqava prefekturasında aşkar edilmişdir. Bu kurqanlardan hakimiyyət rəmzi olan güzgü və qılınc, həmçinin əkinçilik alətləri tapılmışdır.
Müasir Okayama prefekturasında aşkar edilmiş Tsukinova kvadratşəkilli — dairəvi kurqanda kişi və qadın birlikdə dəfn edilmişlər. Bu kurqandan tunc güzgülər, dəmir qılınclar və xəncərlər aşkar edilmişdir ki, bu da kurqanda dəfn olunanların hərbi funksiyalar daşıdıqlarını sübut edir.
Erkən kurqanlar dövrü üçün xarakterik cəhətlərdən biri də — bu dövr kurqanlarından metal əmək alətlərlə (məs., dəmir oraq) yanaşı, ağacdan hazırlanmış əmək alətlərinin qalıqlarının da aşkar edilməsidir.[1]
Daysenryo Kofun — 大仙陵古墳 Yaponiyanın Osaka prefekturası, Sakai şəhərində yerləşən kurqandır. Kurqan və ya kofun ərazisinin sahəsinə görə dünyanın ən böyük qəbiri hesab olunur. Daisen Kofun geniş ərazini əhatə edən Mozu türbələri kimi tanınan daha böyük qəbir kompleksinin bir hissəsidir.
Daysenryo məzar kompleksinin Kofun dövründə (b.e. 250–538), 5-ci əsrin ortalarında, 20 il (bəzi mənbələrdə 16 il) müddətində tikildiyi güman edilir. Dəqiq olmasa da, məzarın mərhum imperator Nintoku (16-cı imperator) üçün tikildiyi qəbul edilir (Yaponiyanın İmperator Sarayı Agentliyinin (宮内庁 ⌈Kunai-çō⌋ rəsmi mövqeyi bu yöndədir).
Daysenryo Kofun təxminən 500 m uzunluğundadır (açıqlanan rəsmi rəqəm 525 m-dən 486 m-ə düşüb), ən geniş nöqtədə eni 300 m-dir, bütün məzar sahəsinin uzunluğu isə 840 m-dir. Üç xəndəklə əhatə olunmuş kurqan ətraf ərazilərdən təxminən 35 m yuxarı qalxır. Ən geniş daxili oyuq təxminən 60 m-dir. Kurqanın sahəsi təxminən 100.000 kvadrat metr, bütün türbənin sahəsi isə 460.000 kvadrat metrə bərabərdir.
İmperator Sarayı Agentliyi yaydığı məlumatda türbənin 5-ci əsrdə inşa edildiyi zaman ən azı 40 m böyük olduğunu açıqlamışdır. Hesab olunur ki, türbə tikildiyi vaxtlarda xəndəklərdəki suyun səviyyəsi daha dayaz imiş. Ümumiyyətlə, hazırda qəbir kompleksi ilk Çin imperatoru Qinin Türbəsi, Misirdə Xeops ehramı ilə yanaşı dünyanın 3 böyük məzar kompleksindən biridir və ərazisinə görə ən böyüyüyüdür, uzunluğuna görə Xeopsu 2 dəfə üstələyən kurqan, hündürlüyünə görə daha qısadır.[2]
İstinadlar
redaktə- ↑ Davudov Q. Yaponiya tarixiː Bakıː Elm və Təhsil, 2014, s. 16–17
- ↑ "DÜNYANIN ƏN BÖYÜK KURQANI: DAİSENRYO KOFUN". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.