Kolagir - Wikipedia
Kolagir — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Kolagir | |
---|---|
ცურტავი | |
41°28′09″ şm. e. 44°42′42″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Rayon | Bolnisi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 470 m |
Əhalisi | |
Əhalisi | 2400 (2006) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1100[1] |
Nəqliyyat kodu | EEF, EEP и EEQ |
Tarixi
redaktəKənd el arasında Kolayır adlanırr. Gürcücə ცურტავი (Tsurtavi) kimi qeyd edilir. Kolagir oba adına 1696-cı ilin fərmanlarında rast gəlinir. Kolagir toponimi qədim Türk kökənli Kola etnoniminin, yaxud da Qıpcaq-Qarapapaqlar soyundan Kula (məxəzdə Kulobiç – Kul oba içi) tayfasının adı ilə Türk dillərindəki "giren" – min alaçıqdan ibarət düşərgə sözünün qarışmasıyla düzəlmiş ola bilir (orta yüzillərdə Anadolu yarımadasında yaşamış Türkmən tayfasının bir qolu Kolagir / Kolagirən adlanmışdır və bu qolun da Xocalı, Abdallı, Eyublu, Darğalı, Dur Həsənli tirələri də olmuşdur). Azərbaycanın Göygöl, Abşeron, Bərdə, Ağstafa rayonlarındakı Kolayır, Göycə mahalındakı Kolagirən kəndlərinin, Borçalının Meçidli Görarxı kəndindəki Kolayır məhəlləsinin, Bolnisi rayonundakı Dəllər (Muşevan) kəndinin etnik qohumluğu ehtimalı güclüdür.
Kolagir qalası
redaktəKənddə Kolagir qalası qorunub saxlanır. Gürcü məxəzlərində də bu qalanın adı ქოლაგირის ციხე = Kolagir qalası olaraq keçər. Tarixi məxəzlərə görə, 12-ci yüzildən burada Ağqala olmuş, 18-ci yüzilin axırlarında Gürcü valisi İkinci İraklinin xanımı Darəcan (Dariya) onun yerində indiki qalanı inşa etdirmişdir. Dördkünc biçimdədir. Divarının hündürlüyü 6 m.'dir. İki girişi var.
Fiziki-coğrafi mövqeyi
redaktəBolnisi şəhərindən (rayon mərkəzi) 17 km gündoğar səmtdə, Marneuli şəhərindən 6 km günbatar səmtdə, Marneuli–Bolnisi avtomobil yolu kənarında, Xram (Ehram) çayının sol sahilində, Tapan dağının güney yamacında
Əhalisi
redaktə1803-cü ildə 12 ailədə 38 nəfər; 1870-ci ildə 28 ailədə 187 nəfər; 1886-cı ilda 25 ailədə 257 nəfər; 1918-ci ildə 412 nəfər; 1926-cı ildə 82 ailədə 430 nəfər; 2002-ci ildə 553 ailədə 2319 nəfər (1180 kişi, 1139 qadın), 2006-cı ildə 517 ailədə 2400 nəfər
Şəxsiyyətləri
redaktəDin xadimi Ağ Molla, Abbasalı Namazov, ağsaqqallar Əli Rzazadə, Abbasəli Məmmədov, İslam İsayev, hüquq-mühafizə orqanları işçisi İsa Hüseynov, şair Məhəmməd Rzazadə ( Mühəqqər ), şair Əmiraslan Əliyev, el şairləri Havaxanım, Müslüm Hüseynov, Hüseynəli Məmmədov, Yadigar Əliyev, el musiqiçiləri Hacıkərim Bayramov, Yaşa, Yusifəli Qurbanov, Hüseyn Bayramov, İbrahim Bayramov, alim Qəzənfər Əlləzov, akademik,filoloq Şurəddin Məmmədli, polis general-polkovniki Yasin Məmmədov, nüfuzlu müəllimlər İsaev, Halay Əliyev, Almaz Məmmədov,Huseyn İmamquliyev, Mamoy Məmmədov, Mayor Əmrahov, Əsgər Əsgərov, Qaraxan Əlləzov, Adil Bayramov, Avtandil Məmmədov, İmamqulu İmamquliyev, Vidadi Kərimov, Kəklik İmamquliyeva, xeyriyyəçi Şahin Məmmədov, ictimaiyətçilər Teymur Məmmədov, Müxrəddin Əlləzov, Müxrəddin Bayramov, Mühəqqər Əliyev, Firidun Əliyev, Çoban Əlləzov, Əli Qurbanov, həkimlər Xələddin Mustafayev, Elimxan İsayev, Seyfəddin Əlləzov, jurnalist Sərkərdə Sərxanoğlu və digəriləri.
Həmçinin bax
redaktə Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Gürcüstan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |