Kolxidalilar - Wikipedia
Kolxidalılar (gürc. კოლხები) və ya kolxlar — yunan-Roma müəllifləri tərəfindən qədim Kolxida sakinləri üçün istifadə edilən termin.[1] Qədim kolxidalılar müasir meqrel-lazlar kimi müəyyən edilir.[2][3] Eradan əvvəl VI–I əsrlərdə mövcud olmuş Kolxida çarlığı ilk erkən gürcü dövləti hesab olunur. Kolxidalı termini Qara dənizin qərb sahillərində məskunlaşmış erkən kartveldilli tayfalar üçün ümumi termin kimi istifadə edilmişdir.[4][5][6][6][7][8][9][10]
Yunan salnamələrinə görə, qədim zamanlarda Kolxida və Qafqaz İberiyasında gürcü dili danışılırdı. Qafqazşünas alim Kirill Tumanovun fikrinə görə, "Kolxida yeni gələnlərin birləşməsinə nail olan ilk Qafqaz dövləti kimi müşahidə edilir. Kolxidanı haqlı olaraq protogürcü yox, Qərbi Gürcüstan (meqrel-lazlar) çarlığı hesab etmək olar. Gürcüstan ictimai tarixinin başlanğıcını ən erkən gürcü formalaşması olan Kolxidada axtarmaq təbii görünür".[11]
İstinadlar
redaktə- ↑ The Cambridge Ancient History, John Anthony Crook, Elizabeth Rawson, p. 255
- ↑ The Making of the Georgian Nation, Ronald Grigor Suny, p. 13
- ↑ Readings in the History of the Ancient World, William Coffman McDermott, Wallace Everett Caldwell, p. 404
- ↑ Antiquity 1994. Pp. 359
- ↑ Georgian Nation p. 13
- ↑ 1 2 Modern Hatreds p. 91
- ↑ Cyril Toumanoff p 69
- ↑ One Europe p. 282
- ↑ bse.sci-lib.com
- ↑ Modern Hatreds, Symbolic Politics of Ethnic War, Stuart J. Kaufman p. 91.
- ↑ CToumanoff. Cyril Toumanoff, Studies in Christian Caucasian History, p 69,84