Kommensalizm - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Kommensalizm (lat. cum mensa – müsbət qarşılıqlı təsirin daha sadə tipi sayılır. İki bioloji növ arasında gedən qarşılıqlı təsirin bu formasında növün biri öz fəaliyyəti ilə (kommensala) qida və ya sığınacaq verir. Başqasının yaşayış yerinə köçən orqanizmlər (kommensallar) "ev yiyəsinə" heç bir ziyan yetirmir. Sığınacaq kimi ya tikintidən (yuva), yaxud digər növün bədənindən istifadə olunur.
Ağacların gövdə qabıqlarında epifit bitkilərin məskunlaşması da kommensalizm sayılır. Quş və gəmiricilərin yuvalarında buğumayaqlıların lduqca çoxlu növləri məskunlaşır və orada parçalanmış (çürümüş) üzvi qalıqların və ya digər birgə sakinlərinin qalıqları hesabına qidalanırlar. Bir çox növlər yalnız yuvalarda yaşayır və oradan kənara çıxmırlar, belə növlər nidikol adlanır.
Kommensalizm əlaqə tipi təbiətdə olduqca mühüm hesab edilir. Belə əlaqə növlərin daha sıx birgə yaşamasına, mühitdən, qida resurslarından daha tam istifadə etməyə şərait yaradır. Lakin bəzən kommensalizm başqa əlaqə tipinə keçir. Məsələn, qarışqa yuvasında çoxlu qarışqalarla birlikdə stafilinid böcəyinin növlərinə rast gəlinir. Onların yumurtaları, sürfə və pupları qarışqa balaları ilə birlikdə olur. Bu balalar böcəyin yumurta, sürfə və baramasına qulluq edir, onları yalayır və xüsusi kameralara daşıyırlar. Bəzən qarışqalar iri böcəyi də qidalandırır [1]
Mənbə
redaktə- ↑ "Məmmədov Q.Ş., Xəlilov M.Y. "Ekologiya, ətraf mühit və insan" // Bakı, "Elm" nəşriyyatı – 2006, 608 s. ISBN 5 – 8066 – 1765 - 3" (PDF). 2012-07-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-07-23.