Kommunal Hemreylik - Wikipedia
Kommunal həmrəylik, bir kənd və ya kənd icması (bir cəmiyyət tərəfindən də edilə bilər) içində işlərin könüllü və ya məcburi olaraq həmrəylik göstərərək edilməsidir. Kəndin hər hansı bir probleminin həll edilməsinə qərar verilibsə bu zaman kənddəki hər ev işçi çatışmazlığını ödəməlidir. Əgər pul da toplanacaqsa buna Mərkəz lövhəsi deyilir. Bir çatışmazlıq üçün pul toplanılmasına qərar verilibsə, hər evin ölçüsünə nisbətdə maddi kömək edilməlidir. Kommunal işbirliyi, kəndlərdə və ya kiçik qəsəbələrdə hər kəs tərəfindən qəbul edilmiş yazılmamış qanuna əsaslanan bir həmrəylik təşkilatıdır. Bir bələdiyyənin görməli olub lakin görmədiyi bir çox iş bu şəkildə edilir.
Kommunal həmrəyliklə edilən bəzi işlərə nümunə aşağıda göstərilmişdir:
- Kənddə kanalizasiya sisteminin qurulması
- Kənddə otlaq sahələrinin təmizlənməsi.
- Toy və ya yas yerlərinin qurulması.
- Məktəb tikintisi.
- Məscid tikintisi.
- Məktəb üçün odunların yığılması.
- Kənd meşəsindən ağacların kəsilməsi.
- Xeyriyyə işlərində həmrəylik.
- Toy və yaslarda stol, stul, bidon, qazan kimi məişət əşyaları çatışmazlığını aradan qaldırmaq.
- Kəndə qonaq gəlibsə onu qarşılamaq və qonaq etmək.
- Kəndlərdə birlikdə görülən digər bütün işlər.
Mərkəz lövhəsi tələb oluna bilən vəziyyətlərə nümunələr:
- Kəndin xeyrinə pul toplamaq.
- Əsgərliyə gedən insanlara kömək etmək üçün pul toplamaq.
- Kənddə ediləcək hər hansı bir tikinti üçün pul toplamaq.
Mərkəz lövhəsi və ya kommunal həmrəylik qərarı kənd nümayəndəsi və ağsaqqallar şurası tərəfindən verilir.
Müasir həyatda Kommunal həmrəyliyə bənzər bəzi anlayışlar inkişaf etmişdir.
- Kroudsorsinqː Məhsulun hazır düzəldilmişini almaq, yoxdursa mütəxəssis tərəfindən düzəldilməli, bir mütəxəssisə düzəltdirmək mümkün olmadığı təqdirdə elan verib hər hansı bir kimsənin ixtira etməsini gözləmək. Məsələn Vikipediya, Linux.
- Kraudfandinqː Heç bir investor təklif olunan investisiya ilə maraqlanmadığı zaman istifadə edilən bir metod. İnsanların ianə etməsini (məsələn vikipediya), ianənin gücü çatdığı qədər istehsal ediləcək ilk məhsulların müqabilində pul verməsini təmin etmək. Amerikada bu cür təşəbbüslərə kömək edən veb saytlar və şirkətlərə nümunələrː ArtistShare, ChipIn (2005), EquityNet (2005) [1], Pledgie (2006), Sellaband (2006), IndieGoGo (2008), GiveForward (2008), FundRazr (2009), Kickstarter (2009), RocketHub (2009), Fundly (2009), GoFundMe (2010), Appsplit (2010), Microventures (2010) və Fundageek (2011) .
Həmçinin bax
redaktə- Açıq kodː Sirləri hərkəs tərəfindən bilinən, lakin istifadəsi bəzi lisenziya/qanun və qaydalarla məhdudlaşdırılan bir şeydir (məsələn, proqram təminatı).
- Azad proqram təminatıː Hər sirri hərkəs tərəfindən bilinən və istifadəsi azad şəkildə hərkəs tərəfindən istifadə oluna bilən, mənbə kodu hərkəsə açıq olan bir proqram təminatı.
İstinadlar
redaktə- ↑ "New service helps local entrepreneurs raise capital". 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-13.