Kompleks Psixologiya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır.
Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun.
İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s.
Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Mənbə
redaktə- Shultz, D. and Shultz, S. (2009). Theories of Personality. (9th Ed.). Belmont, CA: Wadsworth, Cengage Learning.
- Daniels, Victor. (2010). Handout on Carl Gustav Jung. Retrieved from http://www.sonoma.edu/users/d/daniels/jungsum.html .
- Carlini, C. (2005). Understanding Freud's Oedipus complex. Retrieved from http://www.articledashboard.com/Article/Understanding-Freud-s-Oedipus-Complex/695228 Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine