Konak Mescidi - Wikipedia
Konak məscidi (türk. Konak Camii) və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 May 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir.
İslam | |
Konak məscidi | |
---|---|
türk. Konak Camii | |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Konak ilçəsi |
Şəhər | İzmir |
Memarlıq | |
İnşa tarixi | 1755 – 1774 |
Minarələrin sayı | 1 |
Günbəzlərin sayı | 1 |
Vəziyyəti | Aktiv |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMəscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir.[1] Bəzi mənbələrdə isə[2] məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir.[3] Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.
Birinci Dünya Müharibəsi illərində Vali Rəhmi bəyin məscidi təmir etdiyi bilinir. Giriş qapısının üzərində bu təmirə aid bir yazı yerləşir. Qapı üzərindəki mərmər bəzəklərin Memar Tahsin Sermet tərəfindən inşa edilən İzmir Milli Kitabxanası və İzmir Milli Teatrındakı bəzəklər ilə oxşarlığına görə təmirin Memar Tahsin tərəfindən edildiyi güman edilir.[3][4]
Məscid 1964-cü ildə bir daha təmir edildi. Bu təmir zamanı məscidin fasadındakı Kütahya çinilərinin əksəriyyəti söküldü və yalnız pəncərə və qapı ətrafındakılar qaldı. Son dəyişiklərdən əvvəl tamamilə Kütahya çiniləri ilə örtülü olan binanın xarici görünüşü, bu gün pəncərə ətrafı və frontonları XIX əsrin ən yaxşı Kütahya çiniləri ilə bəzədilmişdir. Çinilərin imzası Hafiz Mehmed Emin Əfəndiyə aiddir.[4]
Memarlıq
redaktəKlassik Osmanlı memarlığı üslubunda tikilən məscid səkkizbucaqlı planlıdır. Pəncərələrin ətrafını bəzəyən çinilər göz oxşayır. Tikilinin inşasında daş və kərpic birlikdə istifadə edilmişdir. Məscidin içərisi çinilərlə bəzədilib. Kəsilmiş daş əsas üzərində tək balkonlu, dairəvi gövdəli minarə var.
Məscidin çılçırağı keramika sənətçisi Ümran Baradanın əsəridir.[5]
Qalereya
redaktə-
Konak məscidinin pəncərəsi ətrafındakı çini detalları
-
Məscidin qapısı üzərindəki yazı və ətrafını bəzəyən çinilər
-
Konak məscidi və yerləşdiyi Konak meydanı. Arxada İzmir saat qülləsi görünür.
-
Məscidin keramika sənəti ilə hazırlanmış çılçırağı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Nihat Aytürk ile Bayram Altan'ın birlikte hazırladıkları "Türkiye'de Dini Ziyaret Yerleri" kitabında caminin yapım tarihi 1755 olarak verilmiştir
- ↑ Caminin 1774’te Katipzade Mehmet Paşa’nın eşi Ayşe Hanım tarafından yaptırıldığı düşüncesi Hakkı Gültekin’in "İzmir tarihi" kitabında kaynak göstermeden yer alan bilgiye dayanır
- ↑ 1 2 Konak Belediyesi web sitesi, Tarihi yerler:Konak (Yalı) Camii, Erişim tarihi:28.01.2012[ölü keçid]
- ↑ 1 2 "Konak Yalı Camii, Seramik Türkiye Dergisi, Sayı 12, Kasım -Aralık 2005" (PDF). 28 Yanvar 2012. 2 Mart 2016 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Çinili Köşk'teki Avize Artık Yalı Camii'nin aydınlatacak, Milli gazete, 16 Kasım 2010". Çinili Köşk’teki Avize Artık Yalı Camii’nin aydınlatacak, Milli gazete, 16 Kasım 2010. Archived from the original on 2010-11-24. İstifadə tarixi: 2020-05-11.