Konakri - Wikipedia
Konakri (ing. Conakry) — Qvineyanın paytaxtı və ən böyük şəhəri. Atlantik okeanı sahilində liman. Şəhər bir-biri ilə torpaq bənd vasitəsilə birləşdirilmiş Tombo adası və Kalum yarımadasını əhatə edir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 1 931 184 nəfərdir. Sahəsi 308 km² təşkil edir.
Konakri | |
---|---|
Conakry ߞߐߣߊߞߙߌ߫ Kɔnakiri 𞤑𞤮𞤲𞤢𞥄𞤳𞤭𞤪𞤭 | |
9°30′33″ şm. e. 13°42′44″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 13 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞəhər 1884-cü ildə salınmış və 1904-1958-ci illərdə Fransız Qvineyasının inzibati mərkəzi olmuşdur. 1958-ci ildə ölkənin Fransadan müstəqillik qazanmasından sonra Konakri yeni dövlətin paytaxtı elan olunmuşdur. 1970-ci ildə Qvineya-Bisauda müstəmləkəçilik əleyhinə gedən mübarizəni yatırtmağa çalışan Portuqaliya ordusu üsyançılara yardım edən Qvineyanın paytaxtını 350 əsgərin iştirak etdiyi əməliyyat nəticəsində bir günlük ələ keçirmiş, 26 portuqalı əsirlikdən azad edərək, buradakı Qvineya-Bisau üsyançılarının infrastrukturunu məhv etmişdi.