Konqo Azad Dovleti - Wikipedia
Müstəqil Konqo Dövləti olaraq da bilinən Konqo Azad Dövləti ( fr. État indépendant du Congo ), 1885-1908 -ci illərdə Mərkəzi Afrikada mövcud olmuş dövlətdir. Dövlət Belçikan kralı II Leopoldun xüsusi mülki idi. Leopold Afrikanın bölüşdürülməsi üçün keçirilən Berlin Konfransında digər Avrasiya dövlətlərini humanitar və xeyriyyəçiliklə məşğul olacağına və ticarətdən vergi tutmayacağına inandıraraq bölgənin hüquqi sahibi kimi tanındı. Beynəlxalq Konqo Birliyi vasitəsi ilə Konqo Hövzəsinin böyük hissəsini öz şəxsi mülkünə çevirdi. 29 May 1885 -ci ildə, Berlin Konfransı bitdikdən sonra kral mülklərinə "Konqo Azad Dövləti" adını verməyi planladığını, hələ Berlin Konfransında istifadə edilməyən və "Beynəlxalq Assosiasiyalar Birliyi"ni rəsmi olaraq əvəz edən bir ad verdiyini açıqladı. 1 Avqust 1885 -ci ildə. [1] [2] [3] Konqo Azad Dövləti bölgəni heç vaxt şəxsən ziyarət etməməsinə baxmayaraq II Leopoldun sərəncamına verildi. [4]
Dövlət, indiki Konqo Demokratik Respublikasının bütün ərazisini əhatə edirdi və 1885-ci ildən 1908 -ci ilə qədər mövcud oldu. 1908-ci ildə Belçika hökuməti beynəlxalq təzyiqlərdən sonra dövləti koloniya kimi krallığa birləşdirdi. Bu illər ərzində yerli əhali kauçuk və fil dişi təsərrüfatlarında qul kimi işlədilmiş, misli-bərabəri görünməmiş vəhşiliklərə məruz qoyulmuşdur.
- ↑ Katzenellenbogen, S. (1996). "It didn't happen at Berlin: Politics, economics and ignorance in the setting of Africa's colonial boundaries.". In Nugent, P.; Asiwaju, A. I. (eds.). African Boundaries: Barriers, Conduits and Opportunities. London: Pinter. pp. 21–34.
- ↑ Cornelis, Sabine. 1991. "Stanley au service de Léopold II: La fondation de l'Etat Indépendant du Congo (1878-1885)". In H.M. Stanley: Explorateur au service du Roi, edited by Sabine Cornelis, 41-60. Tervuren: Royal Museum for Central Africa.
- ↑ Crowe, S.E. (1942). The Berlin West African Conference, 1884–1885. London: Longmans Green.
- ↑ [https://web.archive.org/web/20200728193122/https://www.mo.be/wereldblog/de-koning-kinshasa-die-nooit-congo-was-slot Arxivləşdirilib 2020-07-28 at the Wayback Machine MO - De koning in Kinshasa die nooit in Congo was [Slot]]