Kooperativ - Wikipedia
Kooperativ — kommunal həmrəylik vasitəsilə kollektiv şəkildə edilən yardımın rəsmi şəkildə müəyyən bir qanun və qaydaya görə əməkdaşlıq etmə müddətinə verilən addır. Bu söz fransızca Coopérative sözündən gəlir.
Üzvlərinin müəyyən iqtisadi mənafelərini, xüsusən də peşə və yaşayış ehtiyaclarını qarşılıqlı yardım yolu ilə əmək və pul töhfələri ilə təmin etmək və qorumaq üçün həqiqi və ictimai hüquqi şəxslər tərəfindən qurulan dəyişkən tərəfdaşlar və dəyişkən kapitalla ortaqlıqlara, həmrəyliyə və zaminliyə kooperativ deyilir.
Tətbiq olunduğu sahələr
redaktəKütləvi mənzil layihələrində kooperativlər
redaktəKooperativ ortaqları ümumiyyətlə eyni peşə ilə məşğul olanların, xüsusən müntəzəm və sabit gəliri olanların qənaətinin uzunmüddətli mərhələdə addım-addım irəliləməsi prinsipinə əsaslanır.
Peşəkar əməkdaşlıq kooperativləri
redaktəXüsusilə, müəyyən mütəşəkkil sənaye qruplarını tək bir dam altında birləşdirmə prinsipinə əsaslanır. Ortaq məqsəd, mümkün ehtiyacların şirkətin mənfəəti nəzərə alınmadan işçilərin əsas əməklərinin qarşılığının verilməsi üzərinə dair qiymət siyasətidir. Digər tərəfdən, yerli tədarükçü sənayesinin yaradılması iqtisadi iş inkişaf modeli olduğundan, bir çox dairələr bunu sosializmin başlanğıcı kimi qiymətləndirir və tənqid edirlər. Peşəkar kooperativlər, əkinçilik baxımından birləşmə və markalaşma baxımından və ad olaraq maliyyət baxımından yalnız əkinçilik və qida sektorlarında tətbiq oluna biləcək bir model olaraq qaldı.