Koreya Inqilabi Muzeyi - Wikipedia
Koreya İnqilabı Muzeyi — Şimali Koreyanın paytaxtı Pxenyanda [1] yerləşir və əsası 1948-ci il 1 avqust tarixində qoyulmuşdur. Muzey Kim İr Senə aid böyük sərgi salonundan və Koreya İnqilabı hərəkatına aid otaqlardan ibarətdir. Muzey Mansu Hill Böyük Abidəsinin arxasında yerləşir və Mansudae Toplantı Zalına bitişikdir ki, burada da Koreya Milli Məclisi yerləşir.
Koreya İnqilabı Muzeyi | |
---|---|
kor. 조선혁명박물관 | |
39°01′56″ şm. e. 125°45′07″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Şəhər | Pxenyan, Şimali Koreya |
Yerləşir | Pxenyan |
Aidiyyatı | Tarixi muzey |
Tikilmə tarixi | 1948, 1 avqust |
Vikianbarda əlaqəli mediafayllar |
Koreya İnqilabı Muzeyi 1860-ci ildən günümüzədək olan zamanı ehtiva edir ki, buraya anti-yapon müqaviməti. Koreya müharibəsi və ölkədə sosialist rejimin inşaası daxildir. Muzey Kim İr Senə aid əşyaları, Koreyanın yenidən birləşməsi, Koreya diasporu və digər tarixi döyüşləri əks etdirən 90 otaqdan ibarətdir. Bura tikildiyindən bəri Şimali Koreyadan və xarici dövlətlərdən 27 milyon ziyarətçi təşrif buyurmuşdur. 240,000 metrdən ibarət çevrəsiylə bura həmçinin dünyanın ən geniş tikililərindən biridir[2].
İstinadlar
redaktə- ↑ Democratic People's Republic of Korea - Museums( Arxivləşdirilib aprel 3, 2013, at the Wayback Machine)
- ↑ "Architecture and city planning". Library of Congress Country Studies. 1993. 15 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2014.