Kosovo Meseleri - Wikipedia
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir.[1][2] Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur.[3] Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur.[4] Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir.[5]
Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib.[6] Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir.[7] Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir[8][9].
Ümumi məlumat
redaktəKosovo meşələri dövlət əhəmiyyətlidir və müxtəlif qanunlarla qorunur[10]. Ümumi meşə fondunun sahəsi 464 800 hektardır. Bu ehtiyatın 278 880 hektarı ictimayi mülkiyyətdir və Kosovo meşə təsərrüfatının nəznindədir. 185 920 hektar isə özəl mülkiyyətin nəzarətindədir.[11]
Meşələr Kosovo iqliminə təsir göstərir və torpağı eroziyadan qoruyur. Meşələrin ümumi sahəsi 40 milyon m²-dir, hər kektara 90 m³ oduncaq düşür.[12] Enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir.[13].
Meşə tipləri
redaktəCədvəldə ölkə ərazisində olan meşələrin klassifikasiyası göstərilib[14]:
Meşə tipləri | Sahəsi hektarla | % meşələrin ümumi sahəsinin |
---|---|---|
Dağ meşələri | 66 000 | 15 % |
Aran meşələri | 179 000 | 42 % |
Yenidən bərpa olunan meşələr | 82 000 | 20 % |
Kolluqlar | 103 000 | 23 % |
Ümumi meşələrin yarısı 0 və 20 yaşlı ağaclardan, yarısı isə 20 - 40, 40 - 60, 60-80 yaş arasında olan ağaclardan ibarətdir.[15]. Meşələrin üçdə ikisi orta diametri 7 sm olan ağaclardan ibarətdir.[16]
Meşələrin tərkibi
redaktəMeşələrdə üstünlük təşkil edən ağaclar:[17]:
- Balkan palıdı (Fagus taurica)
- Avropa ağ şamı (Abies alba)
- Adi küknar (Picea abies)
- Pinus heldreichii (Pinus heldreichii)
- Pinus peuce (Pinus peuce)
- Quercus petraea (Quercus petraea)
- Quercus frainetto (Quercus frainetto)
- Keçi söyüdü (Salix caprea)
- Adi fındıq (Corylus avellana)
Qorunan ərazilər
redaktəÖlkə ərazisininin 4,39% dövlət tərəfindən qorunur.[18][19] Ümumən Kosovoda 97 qorunan ərazi var. Bunlar qoruqlar, milli parklar, təbiət abidələri və parklardır. Qorunan ərazilərdən ən böyüyü Şar dağları bölgəsidir (60 000 hektar). Şimali Albaniya alpları ərazisində də milli park yaradılması pılanlaşdırılır.[20].
İstinadlar
redaktə- ↑ "KOSOVO". U.S. Department of State. April 2008. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
Agricultural land comprises 53% of Kosovo's total land area and forests 41%.
- ↑ Knaus, Gail Warrander, Verena. Kosovo (2nd). Chalfont St. Peter, Bucks: Bradt Travel Guides. 2010. 3. ISBN 9781841623313. İstifadə tarixi: 21 марта 2017.
- ↑ Beqiraj, Ajete Shaban. "Pyjet e Kosovës në Vitin Ndërkombtar të Pyjeve" (Albanian). 5 April 2011. 21 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 February 2013.
- ↑ "Ligji Nr. 2003/3, Ligji per pyjet e Kosoves" (PDF) (Albanian). Assembly of Kosovo. 3 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 February 2013.
- ↑ "STRATEGJIA PËR ZHVILLIMIN E PYLLTARISË 2010–2020" (PDF) (Albanian). Prishtina: Ministry of Agriculture, Forestry and Rural Development of Kosovo. 2009. səh. 14. 2013-04-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Qenan Maxhuni: Biodiversiteti i Kosoves" (PDF) (Albanian). AKMM/IKMN. 8. 2016-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Qenan Maxhuni: Biodiversiteti i Kosoves" (PDF) (Albanian). AKMM/IKMN. 2. 2016-03-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Fire Situation Assessment Kosovo" (PDF). UNOCHA / UNDP. 2015-12-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "STRATEGJIA PËR ZHVILLIMIN E PYLLTARISË 2010-2020" (PDF) (Albanian). Prishtina: Ministry of Agriculture, Forestry and Rural Development of Kosovo. 2009. 2013-04-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Gjendja e natyres, Raport 2008-2009" (Albanian). Ministry of Environment and Spatial Planning. səh. 82. (#accessdate_missing_url)
- ↑ "Spatial Plan of Kosova 2010-2020" (PDF). Ministry of Environment and Spatial Planning of Kosovo. 48. 2015-12-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Spatial Plan of Kosova 2010-2020" (PDF). Ministry of Environment and Spatial Planning of Kosovo. 48. 2015-12-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "STRATEGJIA PËR ZHVILLIMIN E PYLLTARISË 2010 – 2020" (PDF) (Albanian). Ministry of Agriculture, Forestry and Rural Development of Kosovo. 2013-04-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Spatial Plan of Kosovo 2010 - 2020" (PDF). Ministry of Environment and Spatial Planning of Kosovo. 48. 2015-12-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Spatial Plan of Kosovo 2010 - 2020" (PDF). Ministry of Environment and Spatial Planning of Kosovo. 48. 2015-12-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "STRATEGJIA PËR ZHVILLIMIN E PYLLTARISË 2010 – 2020" (PDF) (Albanian). Ministry of Agriculture, Forestry and Rural Development of Kosovo. 2013-04-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Materiali Diskutues: Pylltaria" (PDF). Tryeza Tematike "Bujqësia, Zhvillimi Rural, Pylltaria, Peshkataria dhe Siguria e Ushqimit". Task Force on European Integration. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 марта 2017.
- ↑ "Gjendja e natyres, Raport 2008-2009". səh. 5. (#accessdate_missing_url)
- ↑ "What should I know about the Sharr Mountains national park expansion into Dragash municipality?". Kosovo Environmental Protection Agency. September 2012. (#accessdate_missing_url)
- ↑ "Gjendja e natyres, Raport 2008-2009". səh. 5. (#accessdate_missing_url)