Kostyol - Wikipedia
Kostyol - Wikipedia - Haqqında Məlumat
Kostyol (pol. kościół, belar. касцёл, çex. kostel, slovak. kostol, ukr. костел — "kilsə", latın dilindən olan lat. castellum "fort, fortifikasiya" sözündən gəlir) — slovak, çex, polyak və Ukrayna dilində xristian məbədinə verilən ad. Bununla belə, polyak, slovak, Ukrayna və Belarus dillərində "kostyol" sözü "pravoslav kilsə" mənasında istifadə olunmur, çex dilində isə bu söz bütün xristian məbədlərinə aid edilə bilər. Rus ədəbiyyatında "kostyol" sözü tez-tez Polşa katolik məbədi mənasını daşıyır. Kostyollar, əsasən, barokko, az halda qotika və roman üslubunda olur.
UNESCO-nun ümumdünya irsinə daxil edilmiş Polşanın cənubunda yerləşən kostyollar
redaktəQmina | Şəkil | Adı | Tikilmə tarixi |
---|---|---|---|
Binarowa | Müqəddəs Arxangel kostyolu | 1500-cü illər. | |
Blizne | Bütün müqəddəslər kostyolu | 1470-ci illərə kimi | |
Dębno | Müqəddəs Mixail Arxangel kostyolu | XV əsr | |
Haczów | Müqəddəs Məryəm kostyolu | 1388 il. | |
Lipnica Dolna | Müqəddəs Leonard kostyolu | XV əsrin sonu | |
Sękowa | Müqəddəs Filipp və Yakov kostyolu | 1520 il. |
Şəkillər
redaktə-
Lvov kafedral kilsəsi
-
Müqəddəs Pyotr və Pavel kostyolu, Melnik
-
Kutna-qora, Yakub kostyolu
-
Prokop kostyolu və Praqa teleqülləsi