Kote Marcanisvili Adina Tbilisi Akademik Teatri - Wikipedia
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı (gürc. მარჯანიშვილის თეატრი) —Tbilisi şəhərində yerləşən Gürcüstanın aparıcı dram teatrlarından biri.
Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı | |
---|---|
მარჯანიშვილის თეატრი | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | 2-ci Dövlət Dram Teatrı |
Əsası qoyulub | 1928 |
Mükafatları | |
Yerləşməsi | |
41°42′32″ şm. e. 44°47′40″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Tbilisi |
Ünvan | მარჯანიშვილი კოტეს ქუჩა 8, თბილისი[1] |
|
|
marjanishvili.net/geo/pr… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTeatr 1928-ci ildə Kote Marcanişvilinin səyləri nəticəsində 2-ci Dövlət Dram Teatrı adı altında Kutaisi şəhərində açıldı. 1930-cu ildə teatr Tiflisə köçürüldü və Zubalov Milli Teatrının binasında yerləşdirildi. Kote Marcanişvili ilə birlikdə teatrın təşkilatçıları arasında onun tələbələri Veriko Ancaparidze, Tamara Çavçavadze[2], Uşangi Çxeidze, Şalva Qambaşidze, Dodo Antadze, Aleksandr Jorjoliani vardılar.[3]
1933-cü ildə teatr Kote Marcanişvilinin adını aldı.
1949-1952-ci illərdə və 1963-cü ildən 1964-cü ilə qədər teatra Arçil Çxartişvili rəhbərlik edirdi, 1957-1960-cı illərdə isə Veriko Ancaparidze.
1958-ci ildə teatr kollektivi "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edildi. 1966-cı ildə teatr akademik statusuna layiq görüldü.
Teatr truppası
redaktə- Vasili Qodziaşvili (1930—1976)
- Medeya Caparidze (1942—1994)
- Otar Koberidze (1981—2015?)
- Mamuka Kikaleyşvili (1981—1984)
- Edişer Maqalşvili (1948—1964)
- Sesil Takaişvili (1928—1967)
- Liya Eliava (1955-…)
- Serqo Zakariadze (1909—1971?)
- Otar Meqvinetuxutsesi (1954—2013)
İstinadlar
redaktə- ↑ 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 28. Франкфурт — Чага. 1978. 616 стр., илл.; 32 л. илл. и карт.
- ↑ Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 7. Гоголь — Дебит. 1972. 608 стр., илл.: 44 л. илл. и карт. 1 карта-вкл.