Kra Berzexi - Wikipedia
Kra bərzəxi (tay กิ่วกระ ) — Malay yarımadasını Asiya materiki ilə birləşdirir. Qərbdə Andaman dənizi, şərqdə isə Siam körfəzi sahillərini yuyur. Ən dar yeri Cumpxon şəhəri iıə Kraburi çayının estuarisi arasında cəmi 44 km təşkil edir. İnzibati cəhətdən ərazinin böyük hissəsi Tailanda şimal və qərb hissələri isə Myanmaya məxsusdur. Bərzəx Kraburi çayının adından ğötürülmüşdür.
Kra bərzəxi tay กิ่วกระ | |
10°11′00″ şm. e. 98°53′00″ ş. u.HGYO | |
Ölkələr | Tailand Myanma |
Birləşdirir | Malay yarımadası ilə Asiya materikini |
En | 44 km |
Kra bərzəxi Vikianbarda |
Kanal tikintisi
redaktəBərzəx üzərində tikiləcək kanal malakka yarımadasını dolanmaqla edilən uzun səyahəti 100 km-lərlə qısalda bilərdi. Artıq XVII əsrdə ərazidən kanal tikintisi planlaşdırılırdı ancaq kifayət qədər baha başa gəlməsi və ekologiyaya vurulacaq zərbələr nəzərə həyata keçirilməmişdir. Bəziləri kanalı ən dar yerdə, bəziləri isə Surattxani və Pxanqnqa şəhərləri arasında tikilməsini təklif edirlər. Onun tikintisinə bir sıra dövlətlər xüsusi ilə Sinqapur əlehinədir. Belə ki kanalın tikintisi Malakka boğazının əhəmiyyətini azaldaraq bölgə dövlətlərinin istisadiyyatına ağır zərbə vura biıər. Bəzən isə bir sahildən digər sahilə dəmiryolunun çəkilməsi planlaşdırılır.