Kris Hoy - Wikipedia
Kris Hoy (ing. Chris Hoy; 23 mart 1976[1], Edinburq) — Britaniya avtoidmançısı və keçmiş cığır velosipedçisi. O, Böyük Britaniyanı Olimpiya oyunlarında və Dünya çempionatlarında və Şotlandiyanı İngilis Millətlər Birliyi Oyunlarında təmsil etmişdir.
Kris Hoy | |
---|---|
Chris Hoy | |
| |
Doğum tarixi | 23 mart 1976[1] (48 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yarış avtomobili pilotu[d], avtobioqraf[d] |
chrishoy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hoy on bir qat dünya çempionu və altı qat olimpiya çempionudur. Cəmi yeddi olimpiya medalına sahibdir, bunlardan altısı qızıl, biri isə gümüşdür. Hoy indiyə qədərki ən çox Olimpiya titulu olan velosipedçidir.
2008 Yay Olimpiya Oyunlarındakı üç qızıl medalla Hoy Şotlandiyanı Olimpiya oyunlarında təmsil edən ən uğurlu idmançı adına yiyələnib. 1908-ci ildə Henri Taylorun qazandığı nəticədən bəri bir Olimpiya oyunlarında üç qızıl medal qazanan ilk Britaniya atleti olub. Həmçinin bütün dövrlərin ən uğurlu Olimpiya velosipedçisidir. 2012 Yay Olimpiya Oyunlarında sonuncu iki qızıl medal qazandıqdan sonra Hoy yeddi medalla Britaniya atletləri arasında ən çox medal qazanan idmançı oldu.
Qazandığı medallar
redaktə- Dünya çempionatları
- 1999 – Komanda sprinti
- 2000 – Komanda sprinti
- 2001 – Komanda sprinti
- 2002 – 1 km vaxt sınağı; Komanda sprinti
- 2003 – Komanda sprinti
- 2004 – 1 km vaxt sınağı; Komanda sprinti
- 2005 – Komanda sprinti; 1 km vaxt sınağı
- 2006 – 1 km vaxt sınağı; Komanda sprinti
- 2007 – Keirin; 1 km vaxt sınağı; Komanda sprinti
- 2008 – Sprint; Keirin; Komanda sprinti
- 2010 – Keirin; Komanda sprinti
- 2011 – Keirin; Komanda sprinti;[2] Sprint[2]
- 2012 – Keirin; Sprint
- Olimpiya Oyunları
- 2000 – Komanda sprinti (Kreyq Maklin və Ceyson Kveali ilə)
- 2004 – 1 km Cığır vaxt sınağı
- 2008 – Komanda sprinti (Ceyson Keni və Ceymi Ştaf ilə); Keirin; Sprint
- 2012 – Komanda sprinti (Ceyson Keni və Filip Hindz ilə); Keirin
- Cığır Velosipedi Dünya Reytinqi
- 2009–10 – Üçüncü (Keirin)
- 2010–11 – İkinci (Keirin), Üçüncü (Komanda sprinti)
- 2011–12 – Birinci (Keirin)
- Birlik Oyunları
- 2002 – 1 km zaman sınağı; Komanda sprinti (Kreyq Maklin və Ross Edqar ilə)
- 2006 – Komanda sprinti (Kreyn Maklin və Ross Edqar ilə]]); 1 km vaxt intervalı
- Şəxsi mükafatlar
- 2003, 2008 – BBC Şotlandiyada İlin İdman Adamı
- 2008 – BBC İlin İdman Adamı
- 2014 – BBC İlin İdman Adamı Ömürlük Nailiyyət Mükafatı
Fəxri adlar
redaktə- 2005: Edinburq Universitetini Fəxri Elmlər Doktoru
- 2005: 2005 Yeni İl Fəxri Adlarında "velosiped idmanına xidmətlərinə görə" Britaniya İmperiyasının Ən Yüksək Orderi fəxri adı.[3]
- 2008: İlin idmançısı (İdman Jurnalistləri Assosiasiyasının rəyinə görə)
- 2008: BBC İlin İdman Adamı.[4]
- 2009: Sent-Endryus Universitetinin Fəxri Elmlər Doktoru[5]
- 2009: 2009 Yeni İl Fəxri Adlarında "idmandakı xidmətlərinə görə" Cəngavər dərəcəsi[6]
- 2009: Edinburq Universitetinin İdman Şöhrət Zalına əlavə edilmə.[7]
- 2009: Qatar istismar kompaniyası SouthEastern yüksək sürətli Klass 395 qatarına onun adını verib.[8]
- 2012: 2014-cü ildə Birlik Oyunları üçün Qlazqoda onun adına Sir Kris Hoy Velodromu tikilmişdir.[9][10]
- 2013: Royal Hava Qüvvələri Ehtiyat Könüllüləri polkovniki, Royal Hava Qüvvələri Hava Kadetlərinin səfiri.
İstinadlar
redaktə- ↑ 1 2 Chris Hoy // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Stokes, Shane. "UCI confirms Jason Kenny, Germany are upgraded to 2011 world track champions". VeloNation. VeloNation LLC. 6 yanvar 2012. 2018-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2012.
- ↑ (Supplement) no. 57509. pp. 13–18 Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine The London Gazetta 31 dekabr 2004. 3 mart 2015-ci ildə yoxlanılıb
- ↑ "Sports Personality 2008: Hoy wins Sports Personality of the Year". BBC. 14 dekabr 2008. 2008-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2008.
- ↑ "Honorary Degrees June 2009". 17 iyun 2009. 2009-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2009.
- ↑ (Supplement) no. 58929. p. 1 Arxivləşdirilib 2017-07-03 at the Wayback Machine The London Gazetta 31 dekabr 2008. 3 mart 2015-ci ildə yoxlanılıb
- ↑ "Hoy Inducted into University's Sports Hall of Fame". 2008-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2009.
- ↑ " 140mph Javelin trains start on South Coast run" Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine The Independent 14 dekabr 2009
- ↑ "Velodrome honour for golden Hoy". BBC Sport. 19 avqust 2008. 2008-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2008.
- ↑ Duffy, Owen. "Glasgow may boast the Chris Hoy velodrome but it's 'hell' for cyclists". guardian.co.uk. London: The Guardian. 8 avqust 2012. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2012.
Xarici keçidlər
redaktə- Rəsmi sayt Arxivləşdirilib 2015-03-05 at the Wayback Machine
Əvvəlki: Mark Foster |
Böyük Britaniyanın bayraqdarı London 2012 |
Sonrakı: Bilinmir |