Kristin Cabbak - Wikipedia
Kristin Çabbak (ing. Christine Chubbuck; 24 avqust 1944[1] – 15 iyul 1974[1], Sarasota, Florida) — Amerikan televiziyasında xəbər aparıcısı, jurnalist. Canlı yayımda intihar edən ilk və tək aparıcı olmaqla tarixə keçmişdir.
Kristin Çabbak | |
---|---|
ing. Christine Chubbuck | |
Doğum tarixi | 24 avqust 1944[1] |
Vəfat tarixi | 15 iyul 1974[1] (29 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə ilə başına vurma[d] |
Təhsili | |
Fəaliyyəti | televiziya aparıcısı, xəbər aparıcısı, jurnalist, aparıcı |
Həyatı
redaktəKristin Hudson vilayətinin Ohayo şəhərində dünyaya gəlib. İlk təhsilinə Shaker Heightsda yerləşən qızlar üçün təşkil edən Laurel Schoolda başlayıb. Oxford Universitetində teatr və aktyorluq təhsili almış, daha sonra Boston Universitetinə daxil olmuşdur.
Karyera
redaktəİlk zamanlar
redaktəKaryerasına başladığı ilk zamanlarda o, Klevelandda yerləşən WVIZ-də çalışmışdır. Daha sonra Nyu-York Universitetinin yay karyera məktəbi təşkilatçılığı ilə müxtəlif radio və televiziya kanallarında çalışan Çabbak, eyni zamanda Floridada da aparıcılıq etmişdir.
WXLT-TV
redaktəKanalda cəmiyyətə daxil olmaqda çətinlik çəkən şəxslər üçün yayımlanan "Suncoast Digest" verilişinin aparıcısı olmuşdur. Bu verilişdə aparıcılıq təklifi ona şəxsən kanalın sahibi olan Bob Nelsondan gəlmişdi.
İntiharı
redaktə15 iyul 1974-cü ildə WXLT-TV kanalında hər zaman aparıcısı olduğu verilişi yayımlayarkən canlı yayımda "Kanal 40 olaraq məqsədimiz, hər zaman sizə ən son şiddət görüntülərini çatdırmaq və birazdan bir intihar cəhdi izləyəcəksiniz" demiş və silahını çıxardaraq başının arxasına atəş açmışdır. Yayımın texniki heyəti əvvəlcə nə edəcəyini bilməmiş, ekranı qaraltmış və daha sonra isə bir filmi yayıma vermişdir.
Hospitala çatdırılan Çabbak 14 saat sonra vəfat etmişdir. İntihar etdiyi zaman qeydə alınan görüntülər daha sonra ailəsinin şikayət etməsi səbəbilə bütün mənbələrdən silinmiş və bir daha yayımına qadağa qoyulmuşdur.