Kristina Xoynovskaya Liskevic - Wikipedia
Kristina Xoynovskaya-Liskeviç (pol. Krystyna Chojnowska-Liskiewicz; 15 iyul 1936[1][2], Varşava[2] – 12 iyun 2021[2], Qdansk, Pomoraniya voyevodluğu) — Polşa yaxtaçısı və mühəndis-gəmi inşaatçısı. Kristina Dünya üzrə səyahətini yelkənli yaxtasında etmiş birinci və yeganə qadındır.[3][4][5]
Kristina Xoynovskaya-Liskeviç | |
---|---|
pol. Krystyna Chojnowska-Liskiewicz | |
Doğum tarixi | 15 iyul 1936[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 iyun 2021[2] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], sailor[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəKristina Xoynovskaya 1936-cı ildə Varşavada anadan olmuşdur. Müharibədən sonra ailəsi ilə birlikdə Kristina şimali Polşadakı Ostrudaya köçürülmüşdür. 1953-cü ildən Qdanskda yaşayır. Kristina Qdansk Politexnik İnstitutunda təhsil almışdır. Sonralar Qdanskda yerləşən tərsanədə gəmi konstruktoru işləmişdir. Orada o, öz gələcək həyat yoldaşı ilə tanış olmuşdur.[6]
16 yaşı olarkən Kristina yelkənli qayıq idmanıyla məşğul olmağa başlamışdır. 1960-cı ildə o şturman, 1966-cı ildə — kapitan, yelkənli yaxtaların idarə edilməsi lisenziyanı alıb. Kapitan olarkən Kristina 21 okean və dəniz səyahəti etdi. Ekipajında üç nəfər qadın da yer alırdı. Bir neçə səyahətə əri ilə birlikdə getmişdir. Onun əri də yelkənli qayıq idmanıyla maraqlanırdı.
Kristina yelkənli yaxtası ilə yer kürəsi ətrafında səyahət etmiş ilk qadın kimi tarixə düşmüşdür. Mazurek yaxtasında səyahət edən xanım səyahətinə 28 mart 1976-cı ildə Las-Palmas-de-Qran-Kanariya şəhərindən başladı. Brictaun (Barbados) vasitəsilə Kristina Balboa, Taioxae, Taiti və Sidneyə qədər gəlib çata bildi. Burada isə yaxta təmir olundu.[7] Darvin limanı vasitəsilə səyahətinə davam etdikdən sonra o ciddi xəstələndi və Kernsdən təyyarə ilə Portlend-Roudsa çatdırıldı. Bununla belə, Kristina səyahətinə davam etdi. 2 dekabr 1977-ci ildə Mozambik boğazına çatmağa nail oldu. Nəticədə Kristina 31 166 dəniz mili qət etdi və 401 gün sonra 21 aprel 1978-ci ildə Las-Palmasda səyahətini başa vurmağa nail oldu. Kristina bu nəticə ilə Ginnesin Rekordlar Kitabına adını yazdırmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Krystyna Chojnowska-Liskiewicz // FemBio database (alm.).
- ↑ 1 2 3 4 5 6 https://podroze.onet.pl/ciekawe/zmarla-krystyna-chojnowska-liskiewicz-zeglarka-historia-rejsu-dookola-swiata/xn82k95.
- ↑ List Of Solo Circumnavigators Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine, from the Joshua Slocum Society International
- ↑ Solo Oceans Sailing & Racing Arxivləşdirilib 2008-04-10 at the Wayback Machine from solocircumnavigation.com
- ↑ Joyon’s strength and skill shatters two solo records Arxivləşdirilib 2006-02-22 at the Wayback Machine, from Telegraph Sport
- ↑ Яхтова верф ім. Д. Конрада Кореньовського Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine gedanopedia.pl (pol.)
- ↑ З історії польського яхтингу: Христина Хойновська-Ліскевич Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine tawernaskipperow.pl 07.03.2011 (pol.)
Ədəbiyyat
redaktə- Polnische Entdecker, Herausgeber: Polnisches Ministerium für Auswärtige Angelegenheiten, ISBN 83-89175-51-7, Seite 55 ff.