Krusevo Respublikasi - Wikipedia
Kruşevo Respublikası (mak. Крушевска република) — Balkanlarda qurulan ilk respublikalardan biri. İliden qiyamı zamanı qurulur. Respublikanın mövcudluğu 10 gün davam edir - 1903-cü il avqustun 3-dən 13-dək.
Respublika | |||
Kruşevo Respublikası | |||
---|---|---|---|
mak. Крушевска република | |||
|
|||
|
|||
Paytaxt | Kruşevo | ||
Rəsmi dilləri | Makedon dili | ||
Əhalisi | 9 350 nəfər (1903) |
Tarixi
redaktəNikola Karevin başçılıq etdiyi 750 üsyançı tərəfindən kazarma, poçt şöbəsi və bələdiyyəyə edilən hücum zamanı osmanlı qoşunları Kruşevo şəhərindən çıxarılır. Dərhal şəhərdə özünüidarəetmə qurulur. Şəhərin hər etnik-dini icmasından 20 nəfər olmaqla 60 üzvdən ibarət Respublika Şurası toplanır[1][2]. Respublika Müvəqqəti İnqilab Hökümətinin başçısı, etnik azlıqların millətçiliyini rədd edən və Balkan Federasiyasının ideyasını dəstəkləyən sosial demokrat Nikola Karev idi. Hökumətə qanunu və qaydaları qorumağa, ərzaq və dərman təminatını və maliyyə dövriyyəsini təşkil etməyə çağıran 6 nəfər (hər icmadan 2 nəfər) daxil idi[3].
Kruşevo Respublikası hökumətinin dərc etdiyi ən məşhur sənəd Kruşevski manifestidir. Avqustun 6-da yazılmış manifest, Makedoniyanın bütün əhalisini (albanlar və türklər də daxil olmaqla) etnik və dini fikir ayrılıqlarına qarşı çıxmağa, sultanın və hakimiyyətdəkilərin zülmünə qarşı mübarizənin bayrağı altında durmağa çağırdı.
Ancaq 13 avqustda Osmanlı hökuməti bunun qarşısını almaq üçün təcili hərbi tədbirlər gördü. Üsyançılar şəhəri Bitoladan gələn Osmanlı qoşunlarından qorumağa çalışdılar, lakin bütün dəstə və onların lideri öldürüldü. Şiddətli döyüşlərdən sonra Osmanlılar üsyançıları vəhşicəsinə qətlə yetirərək Kruşevo Respublikasını məhv edə bildilər. Top atəşi nəticəsində şəhərin bir hissəsi alovlara bürünür. Türk qoşunları və başıbozuklar tərəfindən şəhər talan edildikdən sonra Osmanlı hakimiyyəti Kruşevo sakinləri arasında sakinləri çəhərin bolqarlar şəhərini talan etdikləri haqqında məlumat yayırlar[6].
Xatirəsi
redaktəİllinden qiyamı muzeyi 1953-cü ildə Kruşevo Respublikasının 50 illik yubileyini qeyd etmək üçün qurulmuşdur. Muzey cümhuriyyətin elan olunduğu Tomalevski ailəsinin boş evində yerləşir. 1974-cü ildə Kruşevo yaxınlığındakı bir təpədə inqilabçıların qəhrəmanlıqlarını qeyd edən böyük bir abidə ucaldılmışdır. Bu ərazidə Meçkin Daşı adlı başqa bir abidə də vardır.
İstinadlar
redaktə- ↑ Contested Ethnic Identity: The Case of Macedonian Immigrants in Toronto, 1900—1996, Chris Kostov, Peter Lang, 2010, ISBN 3034301960, p. 71. Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine
- ↑ Fieldwork Dilemmas: Anthropologists in Postsocialist States, Editors Hermine G. De Soto, Nora Dudwick, University of Wisconsin Press, 2000, ISBN 0299163741, pp. 36-37. Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine
- ↑ "We, the People: Politics of National Peculiarity in Southeastern Europe, Diana Mishkova, Central European University Press, 2009, SBN 9639776289, p. 124". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ Keith Brown, The Past in Question: Modern Macedonia and the Uncertainties of Nation, Princeton University Press, 2018, ISBN 0691188432, p. 71.
- ↑ Dragi Ǵorǵiev, Lili Blagaduša, Documents Turcs sur l’insurrection de St. Élie provenants du fonds d’archives du Sultan «Yild’z», Arhiv na Makedonija, 1997, p. 131.
- ↑ Feliks Gross, Violence in politics: Terror and political assassination in Eastern Europe and Russia, Volume 13 of Studies in the Social Sciences, Walter de Gruyter, 2018, ISBN 3111382443, p. 128.