Lek Ucar - Wikipedia
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.[1]
Lək | |
---|---|
40°22′59″ şm. e. 47°39′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3746 (2009) nəfər |
Tarixi
redaktəKəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var. İ.Stalinin 1947-52-ci illər ərzində indiki Ermənistan ərazisində yaşayan soydaşlarmızı öz əzəli ata-baba yurdlarından məcburi köçürlməsi nəticəsində bu kəndə bir neçə ailə pənah gəlmiş və yerli kəndlilər ilə birlikdə mehriban və qardaşlıq şəraitində kolxozda birgə çalışmışlar. Sovet ordusunun Əfqanıstandan apardığı mənasız və lazımsız müharibə nəticəsində bu kəndin gəncləri fəal iştrak etmiş həlak olmuşlar,əlil olub el-obalarına qayıtmışlar.
Toponimikası
redaktəTədqiqatçılar bu oykonimi Qafqaz Albaniyasında yaşamış qədim leq/lək tayfasının adı ilə əlaqələndirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.[2]
Mədəniyyəti
redaktəKənddə XX əsrin əvvələrindən qalmış hamam və 1991-ci ildə inşa edilmiş məscid mövcuddur. Yaşlı insanların verdiyi məlumata əsasən kəndin qərb hissəsində qəbiristanlıq yaxınlığında XX əsrin 50-ci illərində əkin üçün kolxoz tərəfindən aparılmış şumlama zamanı torpaq sahəsindən qazıntı nəticəsində bişmiş kərpicdən ibarət müxtəlif tipli tikililər aşkar edilmiş lakin ehtiyatsızlıq ucbatından qeyd edilən tikililər arxealoji araşdırma aparılmadan dağılmışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Şirvan düzünün cənub-qərbində yerləşir. Quru-subtropik iqlimə malikdir. Yayı isti orta tempratur 38-43 dərəcə,qışı mülayim keçən iqlimə malikdir. Bu ərazinin torpağı uzun illər melorasiya tədbirlərinin aparılmaması nəticəsində hektarlarla torpaqlarda şoranlaşma gedərərk əkinə yararsız olmuşdur. Kəndin içməli su resursları məhduddur. Kənd əhalisi təsərüffat sahələrini suvarmaq üçün kənd yaxınlığından keçən göyçay çayının suyundan istifadə edir. Kənd rayon mərkəzindən 20 km cənubda ucar-zərdab avtomabil yolunun kənarında yerləşir.
Əhalisi
redaktəKənd əhalisinin sayı təxminən 7 min nəfərdən artıqdır. 2009-cu ildə isə əhalinin sayı 3746 nəfər olmuşdur.[3]
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşuliyyəti taxılçılıq, heyvandarlıq, tərəvəzçilk, bağçılıqdan (narçılıq) ibarətdir.