Lenkeran Sahil Bulvari - Wikipedia
Lenkeran Sahil Bulvari - Wikipedia - Haqqında Məlumat
Lənkəran bulvarı (rəsmi adı ilə: Lənkəran Sahil bulvarı) — Azərbaycanın Lənkəran şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar.
Lənkəran bulvarı | |
---|---|
Lənkəran Sahil bulvarı | |
Məlumatlar | |
Parkın tipi | Bulvar |
Yerləşməsi | Lənkəran, Azərbaycan |
Yaradılıb | 11 avqust 2006 |
Tabeçiliyi | Lənkəran Şəhər İcra Hakimiyyəti |
Statusu | İlboyu açıq |
Saytı | lenkeran-ih.gov.az |
Bulvar 11 avqust 2006-cı ildə əhalinin istifadəsinə verilmişdir. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir.[1]
Bulvar Lənkəran şəhərinin Heydər Əliyev prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində yerləşir. Bulvarda uşaqlar üçün oyun meydançaları, əhali üçün istirahət guşələri də mövcuddur.