Lenkeran Mayaki - Wikipedia
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir[1].
Lənkəran mayakı | |
---|---|
| |
Ölkə | |
Su hövzəsi | Xəzər dənizi |
Yerləşir | Lənkəran, Azərbaycan |
Koordinatlar | 38°45′34″ şm. e. 48°51′19″ ş. u.HGYO |
Yandırılma ili | 1747 |
Tikilmə tarixi | 1869 |
Tikinti materialı | daş |
Forması | İki kvadrat prizma |
Əlamət | Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ |
Hündürlüyü | 30,5 m (33,4 m — fanarla) |
Diapazon | əsas: 24 dəniz mili (45 km) |
HRMC nömrəsi | AZE-001 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir.
1957-ci ildə mayak təmir edilir. 1969-cu ildə isə mayakın yüz illik yubleyi qeyd edilir. 2002-ci ildə mayak binasında cari təmir aparılmışdır.
Tikili
redaktəMayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya vaxtilə yeraltı yol olmuşdur. Onun qalıqları bu günə kimi qalmaqdadır[2]. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır.
1934-cü ildə mayakda meteoloji stansiya quraşdırılmışdır.
Mayak hazırda Xəzər Dəniz Gəmiçiliyinin tabeçiliyindədir.
İstinadlar
redaktə- ↑ "Сергей Доля: субтропики Азербайджана". 2011-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-05.
- ↑ "Tarixi abidələr: Mayak, Dairəvi Qala (Zindan)" (az.). lankaran.az. 2011-11-25 tarixində arxivləşdirilib.