Lenkeran Ovaligi - Wikipedia
Lənkəran ovalığı — Azərbaycan Respublikasının cənub-şərqində, Talış dağları ilə Qızılağac körfəzi arasında ovalıq.
Lənkəran ovalığı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | -28–200 m |
Eni | 100 km |
Uzunluğu | 125 km |
Sahəsi | 4500 km² |
Temperatur | |
• İllik yağıntı | 1400–1700 mm |
Coğrafiyası | |
Çaylar | Kür, Viləşçay |
Yerləşməsi | |
38°54′ şm. e. 48°44′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayonlar | Lənkəran, Astara, Masallı |
|
Lənkəran ovalığının cənubda eni 5-6 km, şimalda isə 15-30 km-dir. Ovalıqda üç inzibati vahid: Lənkəran, Astara və Masallı rayonları, bir qoruq — Qızılağac dövlət təbiət qoruğu yerləşir. İqlimi subtropikdir, illik yağıntıların miqdarı (qışda maksimum həddə olur.) 1400–1700 mm-dir. Əhalisi, əsasən, azərbaycanlılardan və etnik qrup olan talışlardan ibarətdir.
Azərbaycanın cənub şərqində yerləşir. Şimaldan cənuba 125 km, qərbdən-şərqə isə 100 km-ə qədər uzanır. Ərazinin 40%-i Xəzər dənizi sahilində Lənkəran ovalığının, 60%-isə Talış dağlarının payına düşür. Lənkəran ovalığı cənubda İranla, şimaldan Salyan və Muğan düzləri ilə həmsərhəddir. Ovalığın əksər hissəsi dəniz səviyyəsindən 27 m aşağıda yerləşir. Coğrafi cəhətdən Lənkəran ovalığı təbii vilayət kimi xarakterizə olunur. Bu vilayətə 5 inzibati rayon (Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı) daxildir. Eyni zamanda Cəlilabad rayonunun Lənkəran düzü və Burovaz silsiləsinə düşən hissələri daxildir. Ərazinin ümumi sahəsi 4.5 min km²-dən artıqdır.[1]
İstinadlar
redaktə- ↑ Məzahir Təhməzov, Ensiklopedik məlumatlar toponimlər, fotoşəkillər, xəritələr, Bakı-2011