Lenkeran Qalasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Lənkəran qalası — Lənkəran rayonu ərazisində yerləşən tarixi memarlıq abidəsi. Lənkəran qalası 1726–1727-ci illərdə tikilib. Sonradan qala ingilis və fransız memarlarının köməyilə düzbucaqlı formasında bərpa edilib. Təxminən 35 hektar ərazidə yerləşən qala ölçülərinə görə, Bakı qalasından da böyük olub. Təəssüflər olsun ki, bu günümüzə qədər Qalanın ancaq iki qülləsi qorunub saxlanılıb.
Lənkəran qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Aidiyyatı | Talış xanlığı |
Tikilmə tarixi | 1726 - 1727 |
Vəziyyəti | iki qülləsi qalıb |
İstinad nöm. | 4802 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Tarixi
redaktəLənkəran qalası 1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tikintisi tamamlanmışdır.
Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanını içərisində yerləşmişdir. Qala Birinci Rus-İran müharibəsində (1804–1813) İran ordusunun mühüm dayaq məntəqəsi olmuşdur. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-ci il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur və top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir.
Memarlığı
redaktəLənkəran qalasının sahəsi 35 hektara yaxın olub, ölçüdə Bakı qalasından (21,5 hektar) böyük olmuşdur. Lənkəran qalası iki irimiqyaslı döyüş bürclərindən ibarət idi: Şimal bürcü dəniz sahilində, cənub bürcü isə Lənkəran çayının kənarında idi.
Lənkəran qalası istehkamlarının baş planı 1833-cü ildə tərtib və təsdiq olunmuşdur. Qalanın istehkamları bir-biri ilə sədlə və su dolu xəndəklərlə birləşən iki bürcdən ibarət idi. Bir tərəfdən şimal bürcündən çıxan istehkam sədləri sahil boyunca Lənkəran çayı ağzınacan keçib sonra müəyyən bücaq altında dönüb çay sahilindəki cənub bürcünə, başqa istiqamətdən sədlər qala meydanına və bayır şəhərə yönəlmişdir. Qalanın əsas müdafiəsini daş bürc təşkil edirdi. Qalada Qubernator bağı, Naçalnik bağı, axşam bazarı və s. adlı məhəllələr olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ "Lənkəran qalası". 2013-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-23.