Leyaqet Inqilabi - Wikipedia
Maydan inqilabı, 2014 Ukrayna inqilabı və ya Ləyaqət inqilabı (ukr. Революція гідності), 18 Fevral 2014 - 23 Fevral 2014 tarixləri arasında Ukrayna Prezidenti Viktor Yanukoviçə qarşı təşkil edilmiş və nəticədə Ukrayna hökumətinin devrilməsi ilə başa çatmış olan inqilabın adıdır.[2][3]
Ləyaqət inqilabı | |
---|---|
Tarix | 2010 |
Yeri |
|
Nəticəsi | Rusiya–Ukrayna müharibəsi |
Ümumi itkilər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2000-ci illərdən etibarən Ukraynada hakimiyyətə gəlmiş olan hökumətlər Avropa İttifaqı ilə sıx əlaqələrə malik idilər.[4][5] Yanukoviç hökuməti də 2012-ci ildən etibarən Aİ ilə tərəfdaşlıq üçün danışıqlar aparırdı.[6] Aİ ilə imzalanması gözlənilən bu cür hərtərəfli razılaşma Rusiya ilə münasibətlərə mənfi təsir göstərəcəkdi[7] lakin Yanukoviç mövcud problemləri həll edə biləcəyini düşünürdü.[8] Bununla belə, Yanukoviç müvafiq razılaşmanı mütəmadi olaraq təxirə salırdı.[9] Bunu razılaşmadan imtinanın birinci addımları kimi qəbul edən Ukrayna xalqı Avromeydan adlı etiraz aksiyalarını təşkil etməyə başlamışdı. Nümayişçilər ilə polislər arasında baş vermiş olan qarşılıqlı zorakılıq zamanla qarşıdurmaya çevrilmiş və bu hadisələr nəticəsində 18-i polis olmaqla 130 Ukrayna vətəndaşı həlak olmuşdur.[10] Üsyan davam etdikcə, o dövrdəki Ukrayna prezidenti olan Yanukoviçin ictimaiyyət arasında olan rəğbəti də azalırdı.[11] Nəhayət, Yanukoviç Rusiyaya sığınır [12] və elə həmin gün Ukrayna parlamenti tərəfindən yekdilliklə onun vəzifəsindən uzaqlaşdırılması haqqında qərar qəbul edilir[13][14].
Rusiyaya sığınmış olan Yanukoviç isə öz növbəsində Ukrayna parlamentində keçirilmiş olan səsverməni qanunsuz və etibarsız adlandırmış və Rusiya hökumətindən kömək istəmişdir.[15] Rusiya da Ukraynada baş vermiş olan bu hadisələrin çevriliş olduğunu düşünürürdü. Yuxarıda qeyd olunmuş olan hadisələrdən sonra 2010-cu ildəki Ukrayna prezident seçkilərində Yanukoviçi dəstəkləyən regionlarda inqilaba qarşı etirazlar təşkil edilmişdir. Bunun nəticəsində isə Krım qanunsuz olaraq Ukraynadan ayrılmış və Ukraynanın şərqi Rusiya tərəfindən işğal edilmişdir.[16][17]
Arseni Yatsenyukun rəhbərlik etdiyi müvəqqəti Ukrayna hökuməti Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayır. 2014-cü ildəki Ukraynada keçirilən prezident seçkilərinin nəticəsində Petro Poroşenko Ukraynanın yeni prezidenti olur. Yeni hökumət 2010-cu ildə böyük mübahisələrə[18] səbəb olduğu üçün sonra ləğv edilmiş olan 2004-cü il konstitusiya düzəlişlərini bərpa etmiş və devrilmiş administrasiya ilə əlaqəsi olan dövlət qulluqçularının dövlət vəzifələrindən geniş miqyaslı təmizlənməsinə başlamışdır.[19][20] Ukraynanın böyük mədəni azlıqlar yaşayan regionlarına yerli hökumətlərdə öz dillərindən istifadə etməyə icazə verən Regional Dillər haqqında Qanun da ləğv edilmişdir.
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20140417122102/http://www.moz.gov.ua/ua/portal/pre_20140416_c.html.
- ↑ Ukraine profile – Timeline Arxivləşdirilib 2019-03-10 at the Wayback Machine, BBC News
- ↑ Everything you need to know about the Ukraine crisis Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, Vox (3 September 2014)
Ukraine's 2014 revolution to Trump's push for a Ukrainian probe of Biden: A timeline Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine, ABC News (1 October 2019)
The February revolution Arxivləşdirilib 2022-03-11 at the Wayback Machine, The Economist (27 February 2014)
Ukraine: Everything you need to know about how we got here Arxivləşdirilib 2023-05-30 at the Wayback Machine, CNN (3 February 2017) - ↑ "Frequently asked questions about Ukraine, the EU's Eastern Partnership and the EU-Ukraine Association Agreement" (PDF). European Union External Action. 24 aprel 2015. 13 iyun 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 may 2015.
- ↑ Thompson, Mark. "Soros: Ukraine needs EU Marshall Plan". CNN Money. 12 mart 2014. 16 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2014.
- ↑ Coy, Peter; Matlack, Carol; Meyer, Henry. "The New Great Game: Why Ukraine Matters to So Many Other Nations". Bloomberg BusinessWeek. 27 fevral 2014. 19 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2014.
- ↑ Workman, Daniel. "Ukraine's Top Trading Partners". World's Top Exports (ingilis). 24 aprel 2019. 16 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2019.
- ↑ "EU to Ukraine: Reforms necessary for trade pact - Feb. 25, 2013". KyivPost. 25 fevral 2013. 19 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2019.
- ↑ Kramer, Andrew. "EU suspends trade deal talks with Ukraine". The Boston Globe. 15 dekabr 2013. 28 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2014.
- ↑ Smith-Spark, Laura; Gumuchian, Marie-Louise; Magnay, Diana. "Ukraine, Russia sign economic deal despite protests". 23 yanvar 2014. 28 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2014.
- ↑ Golubov, Alexander Baunov, Balázs Jarábik, Alexander. "A Year After Maidan: Why Did Viktor Yanukovych Flee After Signing the Agreement With the Opposition?". Carnegie Moscow Center (İngilizce). 22 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2019.
- ↑ "Ukraine crisis: Timeline". BBC News. 13 noyabr 2014. 19 fevral 2014 tarixində arxivləşdirilib.
- ↑ "Parliament votes 328-0 to impeach Yanukovych on Feb. 22; sets May 25 for new election; Tymoshenko free" (ingilis). 22 fevral 2014. 1 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2019.
- ↑ "Ukraine's parliament votes to oust president; former prime minister is freed from prison". The Washington Post. 18 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ Kramer, Andrew E. "Ukraine's Ex-President Is Convicted of Treason". The New York Times (ingilis). 24 yanvar 2019. ISSN 0362-4331. 3 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2019.
- ↑ Sullivan, Tim. "Russian troops take over Ukraine's Crimea region". Associated Press. 1 mart 2014. 1 mart 2014 tarixində arxivləşdirilib.
- ↑ Somini Sengupta. "Russia Vetoes U.N. Resolution on Crimea". The New York Times. 15 mart 2014. 8 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2015.
- ↑ Damien McElroy. "Ukraine revolution: live – Ukraine's president has disappeared as world awakes to the aftermath of a revolution". The Daily Telegraph. 23 fevral 2014. 1 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- ↑ "Ukraine to launch 'full clean-out' of corrupt officials". Reuters (İngilis dili). 10 oktyabr 2014. 2 yanvar 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2019.
- ↑ Mishina, Ekaterina. "Risks of Delayed Lustrations". Institute of Modern Russia (ingilis). 14 aprel 2015. 12 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 may 2019.