Lacin Xalq Mahnisi - Wikipedia
Lacin Xalq Mahnisi - Wikipedia - Haqqında Məlumat
"Laçın" | |
---|---|
| |
tərəfindən ifa olunmuş mahnı | |
Janr | Klassik |
Dil | Azərbaycan dili |
Sözləri
redaktə- Laçın
- Araz axar lil ilə,
- Dəstə-dəstə gül ilə,
- Mən yarımı sevirəm
- Şirin-şirin dil ilə
- Bağçaları sarı gül,
- Yarı qönçə, yarı gül.
- Gec açıldın, tez soldun,
- Olmayaydın barı, gül.
- Ay Laçın, can Laçın,
- Mən sənə qurban Laçın...
- Yeri-yeri nişan yar,
- Yeni eşqə düşən yar,
- Elçiləri qırılmış...
- Özü elçi düşən yar!
- Alma atdım nar gəldi,
- Kətan köynək dar gəldi
- Qapıya kölgə düşdü,
- Elə bildim yar gəldi.
- Ay Laçın, can Laçın,
- Mən sənə qurban Laçın...
- Su atdım yara dəydi
- Əlim divara dəydi.
- Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun)
- Nə dedim Yara dəydi.
- Ey əlim oda yansin
- Pərvanə o da yansın
- Mən yandım yar üzündən
- Eşitsin o da yansın
- Ay Laçın, can Laçın,
- Mən sənə qurban Laçın...