Lacinkend Baki - Wikipedia
Lacinkend Baki - Wikipedia - Haqqında Məlumat
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi.[1]
kənd | |
Laçın massivi | |
---|---|
40°20′22″ şm. e. 49°48′14″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Bakı |
Rayon | Qaradağ rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1993 |
Əhalisi | |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir.
Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır.
Coğrafiyası
redaktəYaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir.
Təhsil
redaktəLaçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).[2]
İstinadlar
redaktə- ↑ "BAKI, QARADAĞ, QURD QAPISI, LAÇIN MASSİVİ" (PDF). 2018-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-14.
- ↑ "Laçın rayonunun təhsil müəssisələrinin 2017-2018-ci tədris ili üçün DİSLOKASİYASI". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-14.